Ölkə futbolu
“Turan Tovuz”un məsələsi Parlamentdə müzakirə olundu
Milli Məclisin bugünkü plenar iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdə komitə sədri Fazil Mustafa çıxış edib.
O bildirib ki, Azərbaycan futbolunda yaranan son vəziyyət investorların idmana marağına mənfi təsir göstərə və uzun illər ayrılan vəsaitlərin effektivliyinə dair ciddi suallar yarada bilər.
Fazil Mustafa qeyd edib ki, son günlər Azərbaycan futbolunda baş verən hadisələr ciddi narahatlıq doğurur. Bu mənada deputat “Turan Tovuz” klubu ilə bağlı UEFA-nın verdiyi qərarı xatırladıb. Bildirib ki, iş adamı futbol klubuna milyonlarla vəsait yatırır, komanda nəticə qazanaraq Avropa yarışlarına vəsiqə əldə edir, lakin sonradan iştirakla bağlı problemlərlə üzləşir:
“İş adamı gedir, komandanı götürür, milyonlarla vəsait xərcləyir, Avropa kuboklarına vəsiqə qazanır, sonra məlum olur ki, bu komanda 10 il Avropada iştirak edə bilməz. Əgər bu barədə əvvəlcədən məlumat verilməyibsə, bu, çox ciddi məsələdir”.
Komitə sədrinin sözlərinə görə, belə hallar gələcəkdə idmana investisiya yatırmaq istəyən sahibkarların qərarlarına təsir göstərə bilər:
“Hansı iş adamı bundan sonra milyonlarla vəsait xərcləyib bir klub götürər, hansısa rayonda idman həyatını canlandırmağa çalışar?! Bu məsələlərə kiçik epizod kimi baxmaq olmaz”.
Deputat həmçinin vurğulayıb ki, futbol sahəsində şəffaflıq və idarəetmə məsələləri ayrıca diqqət tələb edir:
“Biz korrupsiya məsələlərinə yalnız hansısa dövlət qurumunda baş verən ayrıca hadisə kimi baxmamalıyıq. Bunun nəticəsi illərlə ayrılan vəsaitlərin səmərəliliyinə də təsir edir”.
Fazil Mustafa region ölkələri ilə müqayisələr də apararaq bildirib ki, legioner futbolçuların sayı baxımından Azərbaycan geri qalır:
“Özbəkistanın 60 legioner futbolçusu var, Gürcüstanın 120, Ermənistanın 40 futbolçusu müxtəlif ölkələrdə çıxış edir, ölkələrinə gəlirlər qazandırırlar. Azərbaycanın isə cəmi 9 futbolçusu xaricdə oynayır və onların böyük hissəsi yüksək səviyyəli futbol ölkələrində çıxış etmir. Bu, ölkəyə valyuta gətirmək, ölkənin nüfuzunu artırmaq deməkdir. Ona görə də futbol sahəsindəki problemlərə daha sistemli yanaşmaq lazımdır”.
Komitə sədri minifutbol üzrə Azərbaycan yığmasının Dünya və ikiqat Avropa çempionları olmasını nümunə olaraq çəkib. Bildirib ki, bu fakt bəzilərinin Azərbaycanın futbol ölkəsi olmadığı barədə iddialarına tutarlı cavabdır.
Mənbə: musavat.com
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
09:00
“Neftçi” “Turan Tovuz”u qəbul edir
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
24.10.2026
23.10.2026
























