24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Orxan Məmmədov: “Millinin ikinci dəfə Avropa çempionu olması böyük hadisədir”

“Hamını qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycanda və burada olan azarkeşləri, idman və futbol ictimaiyyətini təbrik edirəm. Tarixi qələbədir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov deyib.

AMF rəhbəri komandanın Slovakiyada keçirilən turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

“Azarkeşlər bizə möhtəşəm dəstək olurdular. Onlar Avropanın bir çox şəhərlərindən gəlmişdilər. Hər birinə təşəkkürlərimi çatdırıram. Buradakı səfirliyimizə minnətdaram. İlk gündən çox dəstək oldular. Komandamızın, oyunçularımızın yanında idilər. Yenidən Avropa çempionu olmaq böyük qürurdur. Azərbaycan idmanı, futbolu üçün böyük hadisədir".

O.Məmmədov komandanın 2022-ci ildə də Avropa çempionatında qızıl medal qazandığını xatırladıb:

"Ötən il Bakıda keçirilən dünya çempionatında birinci yeri tutduq. Artıq komandalar bizi başqa cür qəbul edirdilər. Son matçlarda çətin rəqiblərlə üz-üzə gəldik. Hamı bizə qarşı başqa cür oynayırdı. Bütün futbolçulara, məşqçilər heyətinə, federasiyada çalışan əməkdaşlarımıza təşəkkür edirəm. Həqiqətən böyük hadisədir. İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur. Cənab Prezident İlham Əliyev dünya çempionu olan zaman bizi qəbul edəndə demişdi ki, dünya çempionusunuz, artıq budan sonra sizin üzərinizə böyük məsuliyyət düşür. Hamı bizi başqa cür qəbul edəcək. Həqiqətən belə də oldu. Dedi ki, növbəti uğuru təkrarlamaq üçün çalışmalısınız. Biz çətin olacağını da bilirdik. Həmin sözlərdən sonra yenidən çempion olduğumuz üçün qürurluyuq. Möhtərəm Prezidentimizə təşəkkür edirik. Bu idman növünə ilk gündən böyük dəstək göstərib. Federasiyaya maliyyə dəstəkləri göstərilib. İki dəfə cənab Prezidentin qəbulunda olmaq uşaqlar üçün qürur mənbəyidir”.

AMF prezidenti 4 il ərzində 2 Avropa, 1 dünya çempionluğu əldə etmələrinin səbəbini açıqlayıb:

"Federasiya yarandığı gündən lazım olan futbolçuları tapdıq. Yavaş-yavaş komandanın əsas heyətini formalaşdırdıq. Bu uğurlarda baş məşqçinin də böyük rolu var. Elşad Quliyev neçə ildir ki, komandaya rəhbərlik edir. Onun zəhməti nəticəsində belə kollektiv yığmışıq. Bu onu göstərir ki, Azərbaycanda yaxşı idmançılar, futbolçular var. Sadəcə, çalışmaq lazımdır. Çünki dövlətimiz hər cür dəstək göstərir. İnam, zəhmət olan yerdə həmişə nəticə olur" ("Report").

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31