10 Sentyabr 2026, Cümə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

Şahruddin Ronaldo və Mbappeni müqayisə etdi

Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhəsində Fransaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra Kilian Mbappeni Kriştianu Ronaldo ilə müqayisə edib.

Futbolxeber.az saytının məlumatına görə, Rusiyanın “Чемпионат” portalına açıqlamasında o, iki ulduza qarşı fərqli vəziyyətlərdə oynadığını bildirib:

“Mbappe çox güclüdür. Televizorda onun sürəti meydanda olduğu qədər bilinmir. O, çox cəld və sürətlidir. Fransa və Portuqaliya milliləri demək olar ki, eyni səviyyədədir. Sadəcə fərq ondadır ki, mən Kriştianuya qarşı oynayanda o, artıq böyük bombardir idi. Mbappe isə hazırda ən yaxşı durumundadır”.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev millimizin heyətində Portuqaliyaya qarşı 2021-ci ilin martında oynayıb. Həmin matçda yığmamız Maksim Medvedvin avtoqolu sayəsində səfərdə rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30