25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

Azərbaycanlı hakimlər UEFA proqramında

UEFA-nın “Center of Refereeing Excellence” (CORE) proqramı təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, gənc və perspektivli hakimlərin inkişafı məqsədilə UEFA-nın həyata keçirdiyi proqramda Azərbaycanı AFFA Hakimlər Departamentinin rəhbəri, mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil ediblər.

Proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq prosesindən sonrakı imtahanlarında iştirak edib. Gənc hakimlərimiz isə CORE 60 layihəsinə qatılaraq, intensiv hazırlıq prosesindən keçiblər. İmtahanlarda uğurlu nəticə göstərən hakimlərə UEFA tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, CORE proqramı Avropanın müxtəlif ölkələrindən seçilən gənc hakimlərin peşəkar inkişafına, beynəlxalq oyunlarda daha yüksək səviyyədə fəaliyyət göstərməsinə şərait yaradır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31