8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

"Qəbələ"nin futbolçusundan 17 ilin antirekordu

Azərbaycan Premyer Liqasının VI turu Prins Ovusunun erkən qırmızı vərəqəsi ilə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin futbolçusu “Qarabağ”la səfər oyununun 1-ci dəqiqəsində komandasını azlıqda qoyub.

Bununla da Prins Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. 2008-ci ilin yayından indiyədək heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.

Bunadək 17 ilin antirekordu Dedimar Fereyraya məxsus idi. “Kəpəz”in futbolçusu 2017/18 mövsümündə “fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.

“Zirə”nin futbolçusu Milan Duriç 2017/18, “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/24 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə alıb. Hər iki oyunçu “Kəpəz”ə qarşı matçda cəzalanıb.

Qeyd edək ki, “Qəbələ” səfər matçında “Qarabağ”a 0:2 hesabı ilə uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30