7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Ölkə futbolu

"Araz-Naxçıvan" üçün əlamətdar qol

Azərbaycan Premyer Liqasının II turunun “Turan Tovuz”la oyununda vurulan ilk top “Araz-Naxçıvan” üçün əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi Premyer Liqada 50-ci səfər qoluna imza atıb.

Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub. Naxçıvan klubu 59-cu səfər görüşündə qol sayını 51-ə də çatdırıb.

Elmar Baxşıyevin yetirmələri rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk qələbəsini 2000-ci il avqustun 20-də səfərdə “Şahdağ” (Quba) üzərində qazanıb - 1:0. Qələbə qolunun müəllifi İlham Allahyarov klub tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30