10 Sentyabr 2026, Cümə axşamı
Dadaşov Ukrayna klubunda
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”

Ölkə futbolu

Ozobiç üçün əlamətdar oyun

Azərbaycan Liqasının 2025/26 mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi Premyer Liqada 200-cü oyununu keçirib. Yubileyi “İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.

Filip Premyer Liqada 2016/17 mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçi “Qarabağ”da 95 (35 qol), “Neftçi”də 58 (15 qol), “Qəbələ”də 46 (16 qol) və “Turan Tovuz”da 1 oyuna çıxıb.

Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30