25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

“Neftçi”dən start antirekordu

“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib - 1:1. “Neftçi” 2023/24 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi - müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə - 2007/08 və 2008/09 mövsümlərində ardıcıl  startda xal itirib.

Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31