Ölkə futbolu
Emin Mahmudov: “Vaxt yoxdur, heç kim bizi gözləməyəcək”
“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının ilk turunda “Şamaxı”ya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Mövsümə xal itkisi ilə başladınız. Qələbə qazanmaq üçün nə çatışmadı?
- Pis oynamadıq. Qol vurmaq üçün çox şansımız oldu. Onlardan istifadə etmək lazım idi. Xüsusən də “Şamaxı” kimi komandaya qarşı oyunda. Təəssüf ki, qələbə qazana bilmədik.
- Demək olar ki, komandada anlaşma istənilən səviyyədə deyildi?
- Əlbəttə, bəzi oyunçularla anlaşma tam qurmamışıq. Çünki bəziləri təzə gəlib, çalışırıq ki, bu çatışmazlığı aradan qaldıraq. Bir qədər zamana ehtiyac var. Polşada təəssüf ki, hazırlıq oyunlarımızdan biri baş tutmadı. Bu da bizə problem yaratdı. Lakin bunlar bəhanə deyil. Biz ümumiyyətlə, bəhanə gətirə bilmərik. İstənilən halda qələbə qazanmaq lazım idi. Daha yaxşı oynamalıyıq. Sadə epizodlarda top itirirdik. İnşallah, gələcək matçlarda daha yaxşı çıxış edəcəyik.
- Qol vurduqdan sonra xüsusi jest etdiniz. “Hapoel”lə yoxlama matçında da eyni jesti etmişdiniz və maraqla qarşılanmışdı. Bunun xüsusi bir mənası var?
- Bu, dinlə bağlıdır. Bu jesti internetdə görmüşdüm və xoşuma gəlmişdi. Ona görə edirəm.
- İnternetdə hansısa futbolçuda görmüşdünüz?
- Xeyr. Amma bu jesti edən futbolçular da var.
- Müqayisə aparsaq, bu “Neftçi” ötənilki komandadan nə ilə fərqlənir?
- İndi kreativ oyunçularımız daha çoxdur. İmad Farajı hələ oyunda görməmişik. Formaya düşsün, bizə faydası dəyəcək. Varqas da çox kömək edəcək. Eləcə də Rezabala. Onların hamısı komandaya xeyir verəcək gücdədirlər.
- Demək olar ki, “Neftçi”nin öz oyununu tapması üçün 4-5 tura ehtiyac var?
- Vaxt yoxdur. Heç kim bizi gözləməyəcək. Artıq növbəti matçdan qələbə qazanmalıyıq.
- Bu heyət ilk üçlüyə düşməyə kifayət edəcək?
- Əlbəttə. Bu, minimum hədəfdir.
- Konkretləşdirək, “Neftçi”nin yeganə hədəfi çempionluqdur deyə bilərik?
- Bu, dəyişməz hədəfdir. Pis, yaxud yaxşı oynamağın fərqi yoxdur. Məqsəd əvvəlki kimidir.
- Yaxşı, bəs mövsümün sonunda “Neftçi” ikinci yeri tutsa, bunu uğur kimi qəbul edəcəksiniz, yoxsa uğursuzluq kimi?
- Bu, çempionatın gedişindən asılı olacaq.
- Yenidən “Neftçi”nin kapitanısınız. Bu, baş məşqçinin qərarı idi, yoxsa ümumi futbolçuların?
- “Neftçi”nin kapitan sarğısını daşıdığım üçün fəxr edirəm. Bu, baş məşqçinin qərarıdır. Mən komandaya maksimum dərəcədə faydalı olmağa çalışıram. Uşaqlarla əla münasibətim var. Yenilərimiz də çoxdur. Onlara da kömək olmağa çalışıram ki, adaptasiya prosesini tez keçsinlər.
- Növbəti turda “İmişli” ilə Şamaxıda qarşılaşacaqsınız. Süni qazonda oynamaq işinizi nə dərəcədə çətinləşdirəcək?
- İstəməzdim ki, süni qazonda oynayaq. Özü də Şamaxıda. Orada projetkor yoxdur deyə, günün altında oynayacağıq. İstənlən halda qələbə qazanmalıyıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
25.10.2026
24.10.2026
23.10.2026
























