Ölkə futbolu
Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı, 16-17 legioner gətirərdik”
“Çempionat dayananda, bir az qədrini bilirik. İlk oyun idi. Rəqib "Neftçi" idi, özü də səfərdə. Onlarda yeni oyunçular var idi. İlk oyunda rəqibləri təhlil etməkdə çətinlik çəkirdik. Bizim də yenilərimiz var idi. Onlara da səfərdə bu arenada "Neftçi"yə qarşı oynamaq çətin idi. Amma ilk oyuna baxmayaraq, futbolçularımdan razı qaldım. Birinci hissə daha çox hücumlarla keçdi, rəqibin üstünlüyünü bilirdik. Bizdə yorğunçuluq oldu. Dəyişiklik etdik. Səfərdə bir xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq, futbolçularımızın daha yaxşı inikişafını istəyirik. Əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymamışdılar”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “Neftçi” ilə heç-heçə edən (1:1) “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Heyətin geniş olmaması işinizi çətinləşdirəcək? Maddi durum legioner gətirməyə imkan vermir?
- Görsəz komandanı necə qurmuşuq... Ehtiyat qüvvə bizdə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Onların da şansı gələcək. Əlbəttə ki, onların oyunu ilə digərlərinin oyununda fərq olacaq. Heyətimiz qarşımıza qoyulan hədəfə çatmağa imkan verir. Bizim də büdcəmiz çox olsaydı, 16-17 legioner gətirərdik. Yerliləri də transfer edə bilmirik. Bizim üçün legioner gətirmək yerli gətirməkdən asandır. Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir. Biz də istəyirik. Amma hədəfimiz başqadır. Emil Süleymanova əsas heyətdə şans versəm, inanıram ki, pis olmayacaq. Oruc və Edqar da bura daxildir. Onları da meydançada görəcəyik.
- Edqarın ehtiyatda qalması nə ilə əlaqədar idi? 90 dəqiqə oynamağa hazır deyil?
- Edqar bizim əsas oyunçumuzdur. Toplanışda son oyunlarda dəyişiklik edirdik. Edqarın cinahında rəqabət var. Bu, onun inkişafına gətirəcək. Edqarın böyük potensialı var. Bizi tam qane etməsi üçün çox çalışmalıdır.
- İlk qol sizə psixoloji üstünlük verdi. Qarşıdakı matçlarda da bunu düşünəcəksiniz?
- Məqsədimiz qol vurmaqdır. Amma birinci hissə, ya ikinci hissə... "Neftçi" kimi komandaya qol vurduqdan sonra bizə təzyiq artacaqdı. Bunu bilirdik. Cinah müdafiəçisini çıxarıb, yarımmüdafiəçiləri cinahlara atdı rəqib. Rezabala ikinci hissə bizə başağrı oldu. 2:0 olsaydı, tam başqa cür olardı. "Neftçi"nin də dirəkdən dönən epizodu oldu. Bizdən üstün rəqiblərə qol vurmaq, psixoloji üstünlükdür. Təzyiqə dözməlidirlər. Futbolçularımı təbrik etdim ki, son 10 dəqiqə "Neftçi"nin təzyiqinə dözdük. Ötən mövsüm son dəqiqələrdə çox qol buraxırdıq. Futbolçularımın soyuqqanlığı çatmırdı ötən mövsüm. Rüfət Abbasov ötən mövsümlə müqayisədə daha soyuqqanlıdır. Hamısı inkişafımıza doğru gedəcək. Əsas odur təslim olmayaq.
- Elçin Məsiyevlə iki dəfə sərt mübahisə yaşadınız. Nə baş vermişdi?
- Elçin Məsiyevi birincisi təbrik etdim. Fəxr etdik, qürurumuzdur. Futbol hakimliyi, inspektoru olsun, UEFA-da bizi təmsil edəndə adımızdır. Ondan xahiş etdim ki, qızıl alan hakimsən, xırda foulları az ver (gülür). Pis idarə etmədi. Xırda foullar var idi ki, bizdə sarı oldu, rəqibdə yox.
- U-21 yığmasının baş məşqçisi kimi hazırkı durumu, yerlilərin azlığını necə şərh edərdiniz?
- Bununla bağlı öz fikrimi çox demişəm. Bu qərar çıxanda oxumusunuz. Yerli futbolçu çox oynamalıdır. Durumla mən də ayaqlaşmalıyam. Əsas heyətdə 2 oyunçu idi. Amma sonradan meydana girənlər gənc və yerlilər idi. Buna qayıtmaq, danışmaq gecdir. Qərarlar verilib. Yeniliklər çoxdur. Özümüz üçün maraqlıdır.
- "Şamaxı"nın baş məşqçisisiniz, amma U-21 yığmasını da çalışdırırsınız. Heyəti quranda nə qədər klubu fikirləşsəniz də, U-21 oyunçularının oynaması üçün, praktikasının olması üçün, onları meydana buraxmaq məcburiyyətindəsiniz. Bu, sizin özünüz üçün ikiqat təzyiq yaradır?
- Yaxşı sualdır. Daxilimdə olan mübarizədir. Amma biz fikirləşəcəyik. Klub olaraq, həm rəhbərlik, həm biz onsuz da ötən mövsüm U-21-in baş məşqçisi olmayanda da, Rüfət Abbasovu, Rauf Rüstəmlini gətirəndə, oranı düşünmürdük. Prinsiplərimiz gəncləri yetişdirməkdir. Komandada rəqabət var. Oyun olacaq ki, bu riskə gedəcəyik. Amma unutmayaq ki, "Şamaxı"nın da yerini qaranti etməliyik. Gələcək imkan verərsə, daha çox şans verəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
25.10.2026
24.10.2026
23.10.2026
























