Ölkə futbolu
Qurban Qurbanov: “Azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur”
“Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşür. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Şkendiya” üzərində qazandıqları 5:1 hesablı qələbədən sonra deyib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Matçdan əvvəl bu cür böyükhesablı qələbə gözləyirdiniz?
- Düşünə bilmərəm, amma istəyə bilərəm. Futbol indi elə səviyyəyə çatıb ki, istənilən oyun 3-5 qolluq ola bilər. Bu cür qələbələr xoş olur. İstəyirdim deyim, amma gözləyirdim deməyim.
- Hikmət Cəbrayılzadə haqda hansı fikirdəsiniz?
- Bir neçə aydır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi. Biz də öz akademiyamızdan 3-4 futbolçunu məşqlərə cəlb edirik. Onların potensialına baxırıq, Hikmət gəldiyi gündən ustalığını, qabiliyyətini göstərdi. Yaxşı, fiziki qabaritləri var. Daha çox çalışmaq lazımdır. Amma ansambla uyğun futbolçu olub. Qarşıdakı matçlarda imkan olduqca, meydana buraxacağıq. Amma inanın ki, onu tam əminliklə komandaya götürmüşəm. Əsas odur ki, özü daha da işgüzar olsun, futbol haqda düşünsün. Hikmət kimi digər oyunçulara da şans yaradacağıq.
- Bu matç sizə "Lex"lə matçı xatırlatdı? Ssenari eyni idi sanki...
- 2-3 ildən bir, belə matçlar olur. Qol buraxdıqdan sonra qalib gəlmək futbolda vacib elementdir. Belə olanda, futbolçu özünə daha çox inanır. Əgər sona kimi oyun intizamını qoruyub-saxlasaq, qalibiyyət əldə edərik.
- Sami Mmaenin oyununu necə şərh edərdiniz?
- Onun oyununu hansısa fikir söyləməyə ehtiyac yoxdur. Onun futbol qabiliyyəti və intellekti cəlbedicidir. Ötürmələri, oyunu idarə etməsi bu kimi şeylər bizi daha çox cəlb etmişdir. Oyuna çıxandan sonra lazımi anda oyunu sakitləşdirə bilirdi, pressinqdən çıxmaq qabiliyyəti var idi. Razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə daha çox çalışır və istəklidir.
- Marko Yankoviçin start heyətinə qayıtması, Kadi Borgesin adət etdiyimiz mövqeyinə qayıtması oyun planında üstünlük verirdi?
- Futbolçuların sağlam olması önəmlidir. Fərqi yoxdur futbolçu ilk dəqiqədən oynadı, yoxsa sonradan. Hər bir futbolçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oynayanlar bir-birini tamamlayırlar. Kadi və Yankoviç bir-birini daha yaxşı başa düşür. Təcrübə və bəzi ustalıq keyfiyyətli belə oyunlarda daha çox vacib olur. Yankoviçin əsas heyətə dönməsi bizi tam razı salır.
- "Ferentsvaroş", yoxsa "Ludoqorets"? "Qarabağ" üçün hansı rəqib daha yaxşıdır?
- İnanın ki, heç düşünmürəm. Onları bir-birindən ayırmaq istəmirəm. ÇL-in pley-off mərhələsi qrup deməkdir. Arzuladığım rəqib yoxdur. Xeyirlisi hansıdırsa, o da olsun. Kim olsa, hazırlaşacağıq.
- Premyer Liqanın 1-ci turunun oyunu təxirə salınacaq. Komandaya necə təsir edəcək?
- Nə mənfi, nə də müsbət. Çempionatda oynamaq fikrindəydik. Hazır idik. Sadəcə gün fərqi var. Biz "Sabah"ı gözləsək, 2 gün sonra səfərə getməliyik. "Sabah" bizi gözləsə, onlar 2 gündən sonra bizimlə oynamalıdır. Texniki nüansdır. "Sabah"a da uğurlar arzulayıram. "Araz-Naxçıvan"a da.
- Yükün altında “Qarabağ”ın çıxışların davam etdirməsi çətin deyil ki?
- Hansısa yük varsa, iş saatları da keyfiyyətli olur. Çünki daha dərindən düşünməlisən, daha aktiv olmalısan. Meydanda tək qalmaq... Bu perioddur, sabah tam əksinə ola bilər. Klublarımız daha uğurlu nəticələr əldə edərlər. “Sabah”ın da böyük şansı var. Yaxşı kollektivə malikdirlər. “Levski” ciddi rəqibdir. Onlara uğurlar arzulayıram. Tənqid normaldır. Normal qəbul edirəm. Bəlkə bəzən hardasa təsir edir. İllərdir proses gedir... Həmişə demişəm ki, azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur. Belə olduğu halda, daha da məsuliyyətli, aktiv olursan. Çalışırıq ki, öz işimizlə düzgün məşğul olaq. Yaxşı nəticələr əldə edək.
- “İmişli” və “Karvan-Yevlax” da Şamaxıdakı süni örtüklü meydançada oynayacaq. “Qarabağ”ın avrokuboklarda oynayacağını nəzərə alsaq, burada səfər görüşlərini keçirmək sizin komandanıza necə təsir edəcək?
- Maksimum təsir edir. Təsəvvür edin ki, hər dəfə müzakirələr gedir. Meydança amilləri, azarkeş amilləri. Başqa ölkələrdə çempionatda bu ab-hava olur. Xorvatiya, Polşada, Balkan ölkələrində. Hər oyunda bu atmosfer olur. Bu, futbolçunu daha məsuliyyətli, aktivli, həvəsli edir. Bunlar hamısı səbəblərdir ki, Avropada da oyun səviyyəmizi, uğurlu nəticələrimizi qoruyaq. Əfsuslar olsun ki, 3 komandamız Şamaxıda oynayacaq. Daha aktiv klublar üçün minusdur. İstər-istəməz futbolçunun motivasiyası həmən düşür aşağı. Bunlar da gətirib inamsızlığa çıxarır, həm də Allah qorusun, böyük zədələrə çıxarır. İdmançı meydana istəksiz çıxıbsa, böyük problemə çıxarır. Avropa oyundan sonra oyunlarımız ora düşsə... Əgər ölkə çempionatından oyundan sonra futbolçu 48, 72 saata özünə gəlirsə, yorğunluğu çıxarırsa, avrokuboklarda hər yarışdan sonra bir cürdür. Bundan sonra gəlib belə meydançalarda 3-4-də oynayacağıqsa, bizim üçün böyük zərbədir. İsti havada da olsa. Qışda yenə soyuq olur Amma belə havada meydançada nə su qalır... Əfsuslar olsun ki, vəziyyət belədir. Gələcəyə pozitiv baxmaq, ümidlə baxmaq lazımdır. Hər dəfə deyirik ki, yaxşı olar. Amma ən azından 2 komanda əlavə olundu. Müsbət haldır. Elə bil ki, oyundan sonra digər Avropa oyunlarına hazırla. Maksimum güc sərf edəcəyik ki, futbolçuların əhvalı pozulmasın.
- Süni örtüklü meydança məsələsini AFFA İcraiyyə Komitəsində qaldıra bilərsiniz. Çıxış yollarının tapılması üçün məsləhət versəniz, sizi dinləyərlər?
- Heç mənim orada məsələni qaldırmağa ehtiyac yoxdur. Çünki orada hər iclasda müzakirə olunur. Klubların boynuna düşən məsələdir. Komanda Premyer Liqaya çıxırsa, yaxşı şəraitin olmalıdır. Amma əgər yoxdursa, əlbəttə ki, federasiya hər bir komandaya 1 ilə yaxın vaxt verir. Əgər gələn il də belə olsa, ciddi addımlar atılacaq. Hətta planlamada ilk sıralarda olan məsələlərdən biri meydançalarımızın yaxşılaşdırılması və çoxalmasıdır. Yəqin ki, yaxın zamanda buna start verəcəklər. Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdır. İnanıram ki, gələcəkdə yaxşı sponsorlar tapılar, klublar öz meydanlarını yaxşılaşdırarlar. Yoxdursa da, daha ciddi addımlar atılar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
-
11:05
"Bavariya"dan xal itkisi VİDEO
-
10:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
“Artıq şərhə ehtiyac duymuram, “Neftçi”nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi”
-
09:54
"Roma"dan əzmkar qələbə VİDEO
-
09:31
Rüfət oynadı, komandası xalsız qaldı
-
09:17
"İnter"dən möhtəşəm geridönüş VİDEO
-
09:00
“Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
-
23:59
İstanbul derbisini "Beşiktaş" qazandı VİDEO
-
23:42
Şeydayev oynadı, “Soçi” uduzdu
-
23:34
"Neftçi" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:18
Yuri Vernidub: “Qarşıda hələ çox işimiz var”
-
22:26
"Neftçi” liderliyə yüksəldi
-
22:00
Nuriyevin komandası səfərdə sevindi
-
21:11
Rəşad Sadıqov: “0:2-dən sonra oynamaq çətin idi”
-
20:43
Nərimanın komandası qalib gəldi
-
18:25
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
18:09
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəlib
-
17:32
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb
-
16:14
Basketbol Federasiyası Milan Kotaraçla əməkdaşlığa xitam verib
-
14:58
Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb
-
13:41
Qubada beynəlxalq şahmat festivalına start verilib
-
13:00
PSJ-də 5 yeni müqavilə
-
12:36
Gəncə şəhər stadionunda anşlaq
-
11:53
PSJ öz meydanında uduzdu VİDEO
-
11:15
“Kəpəz”in bir atımlıq barıtı, Bağırovun master-klassı və “Qəbələ”nin oyanışı
-
10:49
İsak "Liverpul"a qələbə qazandırdı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
“Real”ın mövsümdəki ilk məğlubiyyəti VİDEO
-
09:54
ÇL: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
09:31
Zamiq oynadı, komandası qalib gəldi
-
09:17
“Qalatasaray”dan çətin qələbə VİDEO
-
23:56
"Neftçi" "Şəfa" ilə oyuna hazırdır FOTOLENT
-
23:34
Andrade “Polesye”də qol hesabını açdı
-
23:18
"Şamaxı" "Kəpəz"ə dərs keçdi VİDEO
-
22:47
Azər Bağırovdan qələbə şərhi: “Qolları vaxtında vura bildik”
-
22:22
"Qəbələ"nin qələbəsi VİDEO
-
22:05
"Qəbələ" və "Şamaxı"dan qələbə
-
21:33
Amil Ağacanov: “Yaradılan fürsətlərdən istifadə edə bilmirdik”
-
20:11
I Liqada ilk tura yekun vuruldu
-
19:49
“Kəpəz” - “Şamaxı”: Heyətlər müəyyənləşdi
-
18:20
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
-
17:36
Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
-
17:14
Cüdoçularımız Avropa çempionatının ikinci yarış gününü mükafatsız başa vurublar
-
16:48
"Qəbələ" - "İmişli" : Heyətlər açıqlandı
-
15:57
Kadet boksçular arasında Azərbaycan kubokunun qalibləri müəyyənləşib
-
15:32
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti açıqlandı
-
15:00
İstanbul derbisi ona tapşırıldı
-
14:43
"Xankəndi"dən yeni transfer
-
14:25
Füzuli Məmmədov: “İlk oyununda qələbə psixoloji cəhətdən olduqca vacibdir”
-
13:51
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
06.09.2026
05.09.2026
04.09.2026
























