Ölkə futbolu
Tahir Gözel “Şkendiya”nın sahibi ilə görüşdü
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” - “Şkendiya” oyunu öncəsi iki klubun rəhbərliyi arasında görüş təşkil olunub.
Futbolxeber.az-ın Ağdam klubunun saytına istinadən verdiyi məlumata görə, qeyri-rəsmi nahar görüşündə “Qarabağ”ın prezidenti Tahir Gözel “Şkendiya”nın sahibi Lazım Destani və ailəsi, həmçinin hər iki klubun nümayəndələri bir araya gəlib. Tahir Gözel Şimali Makedoniyada keçirilən səfər matçı zamanı xoş qarşılanmaya və dəvətə görə “Şkendiya” klubunun rəhbərinə təşəkkürünü bildirib.
Destani ailəsi isə göstərilən xüsusi diqqətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəmizin insanlarını, mədəniyyətini və zəngin mətbəxini çox bəyəndiklərini qeyd ediblər.
Səmimi söhbət iki klub, iki ailə və iki xalq arasında uzunmüddətli dostluq niyyətinin ifadəsi ilə yekunlaşıb. Həm “Qarabağ”, həm də “Şkendiya” rəhbərliyi bugünkü oyunun iki dost komanda arasında centlmenlik və nümunəvilik ruhunda, yüksək rəqabət şəraitində keçəcəyinə əminliklərini ifadə ediblər.
Tahir Gözel görüşlə bağlı sayta təəssüratlarını bölüşüb. O, futbolun ən böyük gözəlliklərindən birinin müxtəlif ölkələrdən, mədəniyyətlərdən olan insanları bir araya gətirməsi olduğunu vurğulayıb: “Şimali Makedoniyanın inkişafına mühüm töhfələr verən, alban-müsəlman icmasını yüksək səviyyədə təmsil edən hörmətli Destani ailəsi ilə tanış olmaqdan böyük məmnuniyyət hissi duyuram. Bizim söhbətlərimizdə həm ölkəmizin tarixi, Qarabağımızın hekayəsi, həm də ölkələr və insanlar arasında qurulan dostluq və biznes əlaqələri öz əksini tapdı. Destani ailəsi Şimali Makedoniyanın iqtisadi və sosial inkişafında mühüm rol oynayan, uğurlu layihələrə imza atan və nüfuz qazanmış hörmətli insanlardır. Onları tanımaqdan qürur duyuram”.
Keçmiş uğurlara və sərgilədiyi yüksək keyfiyyətli oyuna görə “Şkendiya”nı təbrik edən Tahir Gözel bu axşam baş tutacaq matçın hər iki komanda üçün layiqincə keçəcəyinə inandığını söyləyib: “Bugünkü həyəcanlı oyunda hər iki komandaya uğurlar arzulayıram. Hansı komanda qalib gəlsə, onu təbrik edəcəyik. Çünki qarşımızda layiqli rəqib və dostlarımız var. Lakin daha önəmlisi, belə bir mənəvi dəyər daşıyan qarşılaşmada iştirak etməkdir.
Sonda demək istəyirəm ki, biz təkcə futbol oynamırıq – dəyərləri, tarixi və birliyi təmsil edirik. Və bu gün burada yaşanan dostluq, bu dəyərlərin zəfəridir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























