26 Oktyabr 2026, Bazar ertəsi
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI

Ölkə futbolu

“Rza Cəfərovla maraqlanan klublar var” - “Neftçi”dən açıqlama

“Neftçi”nin qapıçısı Rza Cəfərov bir neçə klubun maraq dairəsindədir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.

Klub rəsmisi R.Cəfərovun istedadlı qolkiper olduğunu və ona güvəndiklərini bildirib: “Təbii ki, onunla maraqlanan klublar var. Amma Rza bizim qapıçımızdır. Komandanın sıralarında məşq edir. Ona çox güvənirik. Transfer çalışmalarımız da davam edir. Bir çox futbolçu ilə maraqlanırıq, izləyirik, bəzilərini diqqət mərkəzində saxlayırıq. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək”.

Qeyd edək ki, Rza Cəfərov Premyer Liqada başa çatan mövsümdə 31 oyunda iştirak edib. O, 5 matçda qapısını toxunulmaz saxlayıb (“Azərtac”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31