10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Ölkə futbolu

"Qarabağ" Medvedevin təyinatını açıqladı

"Qarabağ" Maksim Medvedevin klubun B komandasına baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, "Qarabağ" rəhbərliyi Maksim Medvedevin uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, onu əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31