8 Iyun 2026, Bazar ertəsi
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib

Ölkə futbolu

PFL 17 yaşında!

Azərbaycan Peşəkar Futbol Liqasının 17 yaşı tamam olur.

Futbolxeber.az saytının məlumatına görə, Elxan Səmədovun rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.

Premyer Liqa, Əvəzedicilər Liqası, I Liqa, II Liqa və Azərbaycan Kubokunun oyunlarını təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionatına bir sıra yeniliklər gətirilib.

Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, hər il Azərbaycan Kubokunun finalı maraqlı şouya çevirilib.

Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddətdə "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib.

Futbolxeber.az saytı PFL-i əlamətdar gün münasibəti ilə təbrik edir, qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30