Ölkə futbolu
Ayxan Abbasov: “İstədiyimiz olmasa, mən də riskə getmərəm”
“Heyət baxımından çox əziyyət çəkirik. Bu oyun yox, mövsüm bizim üçün uğurlu oldu. İstəyimiz Premyer Liqada qalmaq idi. Sevindirici haldır ki, komanda 35 tur ərzində heç vaxt sonuncu yerdə olmadı. Bizdən büdcə baxımından üstün olan komandalarla başabaş mübarizə apardıq. Rəqibi təbrik edirəm. Konfrans Liqasına vəsiqə qazandılar. Gələn mövsüm bizim üçün bundan da ağır keçəcək. Son matçlarda daha çox gənclər, az oynayan futbolçular meydanda olur. Bəlkə də oyunun ədalətli nəticəsi heç-heçə olardı. Bir səhv bizə baha başa gəldi. Çempionatın bitməsini səbirsizliklə gözləyirəm. Son oyundan sonra gələcək haqqında düşünəcəyik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Araz-Naxçıvan”ı 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Bir çox futbolçularınıza təkliflər var. Növbəti mövsüm üçün yeni komanda quracaqsınız?
- Yayda demək olar ki, sıfırdan komanda qurduq. Düzdür, I Liqadan gələn 9-10 futbolçu qaldı. Bu gün Arsen Ağcabəyov, Edqar Adilxanov meydanda idi. İndi üstünlüyümüz odur ki, bəzi legionerlərin müqaviləsi var. O qədər də əziyyət çəkməyəcəyik. Vasili ilə Bakiç komandada deyil, Brahim Konate "Zirə" ilə müqavilə bağlayıb. Yeni transferlər olacaq. Bir aydan çoxdur bu yöndə iş gedir. İnanıram ki, "Şamaxı"da qalsam, yaxşı komanda quracağıq.
- Növbəti mövsümdə "Şamaxı"nın hədəfi nə olacaq?
- İlk növbədə büdcəyə baxmaq lazımdır. Bu büdcə ilə desəm ki, hədəfimiz yuxarı pillələrdir, yalan danışaram. Amma keçən ilə baxanda təcrübəliyik. Yuxarı yerlərdə olmağa cəhd edəcəyik. Bu da əslində büdcədən asılıdır. Problemlər yəqin ki, yaxın günlərdə həll olunacaq.
- Mediada adınız "Sabah"la hallanır. Bu, nə dərəcədə doğrudur?
- İlk dəfə sizdən eşitdim. Bəzi çətinliklər var. İstədiyimiz olmasa, mən də riskə getmərəm. Bu mövsüm də risk etmişdim. Hər şey ola bilər.
- Dövlətin klublara ayırdığı vəsaitin məbləği azalacaq. "Şamaxı" bu büdcə ilə nəyə ümid edəcək?
- Klubların büdcələrini açıqladığını gördüm. Mənə görə o rəqəmlər tam deyil. Bir az da çoxdur. Bəzi komandaları bilirik. Demək ki, hər şeyi büdcəyə bağlamaq olmaz. Gələn mövsüm çox çətin olacaq. "Qəbələ"ni bilirik, təcrübələri çoxdur. "Karvan" və "İmişli"dən çox şey asılıdır. Çempionat üç dövrədən ibarət olacaq. Buna hazır olmaq lazımdır.
- Rəhbərlik əlavə maliyyə qaynaqları tapmaq üçün çalışır?
- Bəli. Bu işin içindəyəm. Rəhbərlik dayanmır. Bu rəhbərliklə çalışmaq mənim üçün xoşdur. Burada tam peşəkar gedir. Dəstək lazımdır. Hər şeyi turnir cədvəlinə bağlamayaq. Çempionata "Şamaxı" kimi komandalar lazımdır. Bu gün Rüfət, Edqar, Rauf kimi futbolçular milliyə namizəd görünürlər. Bu gün Cəfər debüt etdi. Gənc futbolçuları komandaya gətirmək istəyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
23.10.2026
22.10.2026
























