11 Mart 2026, Çərşənbə
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

"Səbail" və "Araz-Naxçıvan"dan heç-heçə

Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha iki oyun keçirilib.

Əvvəlcə “Şamaxı” öz meydanında “Səbail”i qəbul edib. Liqada qalmaq uğrunda mübarizə aparan paytaxt təmsilçisi səfərdən heç-heçə ilə qayıdıb.

Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gəlib. Bu matçda da qalib aşkarlanmayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında artıq “Qarabağ” qızıl, “Zirə” isə gümüş medalları təmin edib.

Azərbaycan Premyer Liqası

XXXIII tur

3 may

“Araz-Naxçıvan” - “Sabah” - 1:1

Qollar: Ülvi İsgəndərov, 20 (1:0), Vinsent Till, 43 (1:1)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

“Liv Bona Dea Arena"

"Şamaxı” - “Səbail” - 1:1

Qollar: Alfons Msanqa, 33 (1:0), Rüfət Abullazadə, 67 - pen. (1:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

Şamaxı şəhər stadionu

4 may

18:00. “Qarabağ” - “Sumqayıt”

20:00. “Neftçi” - “Kəpəz”

2 may

“Zirə” - “Turan Tovuz” - 1:1

Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 14 qol, Salifu Suma ("Zirə") - 12 qol, Cesse Sekidika ("Sabah"), Davit Volkov ("Zirə") - 10 qol







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31