26 Iyul 2026, Bazar günü
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
"Qarabağ" ÇSKA ilə heç-heçə etdi

Ölkə futbolu

Ozobiç “Neftçi”nin heyətində 15-ci qolunu vurub

Filip Ozobiç “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 15-ci qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, Xorvatiya əsilli yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXX turuna təsadüf edib.

O, “Zirə” ilə ev oyununda (2:4) hesabı açıb.

Ozobiç karyerasında 3-cü klubla Premyer Liqada 15 və daha çox qol vurub. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə fərqlənib.

Filip ölkə çempionatları tarixində 3 fərqli klubda məhsuldarlıq göstərən 6-cı, ən azı 3 komandada bunu bacaran 7-ci futbolçu olub. Onadək Qurban Qurbanov (“Daşqın”, “Turan”, “Neftçi”), Samir Əliyev (MOİK, “Neftçi”, “Xəzər Lənkəran”), Rövşən Əhmədov (“Turan”, “Kəpəz”, “Şəmkir”), Kənan Kərimov (“Qarabağ”, “Şəmkir”, “Turan”), Fərrux İsmayılov (“Bakı”, “Neftçi”, “Karvan”) üç komandada 15 və daha çox qola imza atıb.

Mütləq rekord isə Nazim Əliyevə məxsusdur. O, 4 klubla – “Xəzər” (Sumqayıt), “Neftçi”, “Qarabağ” və “Bakı”da (əvvəlki “Dinamo”) belə məhsuldarlıq göstərib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31