6 Mart 2026, Cümə
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"

Ölkə futbolu

Ayxan Abbasovdan millimizdə uğurlu debüt

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, U-21 millimiz moldovalı həmyaşıdları ilə üz-üzə gəlib.

"Cornelia” Futbol Mərkəzində təşkil olunan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçı olub.

Qeyd edək ki, U-21 yığmamız bundan əvvəlki son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib. Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrında qazanmışdı. Həmin vaxt U-21 yığmamız latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.

Yoxlama oyunu

22 mart

Azərbaycan (U-21) - Moldova (U-21) - 2:0

Qollar: Oruc Məmmədov, 18, Sadiq Şəfiyev, 25

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31