25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

AFFA-dan növbəti biabırçılıq

ASSOSİASİYANIN “YENİ KƏŞFİ” VƏ YA MÜSAHİBƏ ÜÇÜN İCAZƏ HOQQASI

Qulaq gündə bir söz eşitməsə, kar olar deyiblər. İndi də AFFA elə bir vəziyyətə çatıb ki, gündə bir hoqqa çıxartmasalar, sanki gecəni rahat yata bilməyəcəklər.

Assosiasiyanın budəfəki “qəhrəman”lığı I Liqada keçirilən “Baku Sporting” - “Zaqatala” matçında yaşanıb. Belə ki, matçdan sonra görüşü izləyən apasport.az saytının jurnalisti İsmayıl Xeyrullayev qeyri-adi “qadağa” ilə üzləşib. Gənc həmkarımıza bildirilib ki, oyundan sonra kimdənsə müsahibə və ya açıqlama almaq üçün matçın AFFA nümayəndəsindən icazə almaq lazımdır. Halbuki bu, absurddur. Çünki İ.Xeyrullayevin insidentlə bağlı yazısında qeyd etdiyi kimi, bu, PFL əsasnaməsinin açıq-aşkar şəkildə pozulmasıdır:

“14. Matçların yayımının və kütləvi informasiya vasitələrinin (KİV) akkreditasiyasının təşkili:

Həmin maddənin 12-ci bəndi: Klublar bütün futbolçuların miks-zonadan keçidini təmin etməli və akkreditasiyadan keçmiş KİV nümayəndələrinin müsahibə ilə bağlı hər hansı müraciəti yekun qərardan asılı olmayaraq futbolçuların diqqətinə çatdırmalıdır. Futbolçu istəmədiyi halda müsahibə-açıqlamadan imtina edə bilər.

Bu qərarda AFFA nümayəndəsindən icazə hardadır?”

İ.Xeyrullayev haqlı olaraq biabırçı hadisənin səbəbkarları ilə bağlı tədbir görülməsini tələb edir. Yoxsa hər stadionun direktoru və ya AFFA gödəkçəli şəxs jurnalistlərlə belə danışacaqsa, işimiz var ki...

Hörmətli AFFA, ola bilər bu “qadağa”larınız əməkdaşlıq etdiyiniz saytlarla razılaşmanızda var. Amma biz bu cür biabırçı hallara heç vaxt göz yummayacağıq!

Futbolxeber.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31