30 Aprel 2026, Cümə axşamı
"Neftçi" "Qarabağ"a qarşı
"Sumqayıt"ın yubiley qələbəsi
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə

Ölkə futbolu

Elvin Məmmədov: "Qarabağ"a qarşı layiqli mübarizə apardıq"

“Səbail” Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında yenilgini belə şərh edib:

“Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq”.

O, "Səbail" qış fasiləsindən sonra yaxşı oyun nümayiş etdirməsinə belə münasibət bildirib: “Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30