Ölkə futbolu
Mehdi Cənnətov: “Anlaşılmazlıq idi, qorxulu heç nə yoxdur”
"Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sabah”la qolsuz bərabərə qaldınız. Görüşü necə şərh edərdiniz?
- Kubokun 1/4 finalı 2 matçdan ibarətdir. Səfərdə “Sabah”la qolsuz bərabərə qalmaq pis nəticə deyil. Lakin qarşıda hələ cavab oyunu var. Həmin matça ciddi hazırlaşmaq lazımdır.
- Şansları necə dəyərləndirirsiniz?
- Şanslar 50-nin 50-yədir. Çünki hələ heç nə məlum deyil. Düzdür, ilk oyunu “Sabah” öz meydanında keçirirdi və bu, onlar üçün üstünlük hesab edilirdi. Lakin cavab matçında hər şey ola bilər.
- Demək olar ki, ölkə kuboku “Sumqayıt” üçün avrokuboklara yollanmaq baxımından son şansdır?
- Bəli, hazırkı məqamda bizim üçün avrokuboklara gedən ən yaxın yol kubokdur. Elə etmək lazımdır ki, uğur qazanaq. Ancaq hazırda mövsümün sonunu düşünmürük. İlk hədəf yarımfinala adlamaqdır.
- “Sumqayıt” son 6 rəsmi matçda nə qol vura bilib, nə də qalib gəlib. Bu, nə ilə əlaqədardır?
- Düşünürəm ki, qarşıdakı matçlarda qollarımız gələcək. Məşqlərdə daha çox çalışmaq lazımdır. Tezliklə vəziyyəti dəyişəcəyik.
- Həm də 3 matçdır ki, siz də qapınızı toxunulmaz saxlayırsınız...
- Eyni zamanda qapımızı da toxunulmaz saxlayırıqsa, bu, müsbət haldır. İnanıram ki, qarşıdakı matçlarda qollar da gələcək, qələbələr də.
- “Sabah”la matçın sonlarında rəqib futbolçu Pavol Safranko ilə aranızda mübahisə yarandı. Nə baş vermişdi?
- Anlaşılmazlıq idi. Normal qaydada yoluna qoyduq. Qorxulu heç nə yoxdur.
- Qarşıdan “Şamaxı” ilə çempionat oyunu gəlir. Həmin matçdan gözləntiləriniz nədir?
- İlk növbədə bərpa olmaq lazımdır. Bizdən fərqli olaraq rəqibin daha çox vaxtı var. Bizim isə kubok oyununa görə zamanımız azdır. Lakin hazırlaşacağıq. Məşqçilər korpusu rəqibin oyununu analiz edəcək və bizə lazımi tapşırıqları verəcəklər.
- Siz həm də Azərbaycan millisinin qapıçısısınız. Necə düşünürsünüz, legioner limitinin ləğvi sırf qapı xətti baxımından Azərbaycan milli komandasına hansı problemlər yaradacaq?
- Bu, elə çətin sualdır ki... Çünki rəhbər şəxslər fikirlərini bildiriblər. Mən də bu planda onları dəstəkləyirəm. Azərbaycan gənc qapıçılar var və kifayət qədər güclüdürlər. Mən bir söz deyə bilmərəm qərarla bağlı. Yalnız onu söyləyirəm ki, yaxşı qapıçılar var.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:53
Millimiz Andoraya qalib gəldi
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
25.10.2026
24.10.2026
23.10.2026
























