Ölkə futbolu
Məgər “Beşiktaş”ın, “Slaviya"nın heyəti, büdcəsi “Qarabağ”dan zəifdir?
Dünən “Qarabağ” dramatik oyunda “Zirə”yə 2:3 hesabı ilə uduzdu. Təbii ki, futbolda udmaq da olar, uduzmaq da. Lakin Ağdam klubunun Azərbaycan çempionatında ardıcıl 2 matçda, ümumilikdə isə ardıcıl 4 görüşdə məğlub olması gözlənilməzdir. Hətta deyərdik sensasiyadır. Görünən odur ki, “Qarabağ” “qara zolaq”dadır. Ancaq istənilən halda bunu faciəyə çevirmək düzgün deyil.
Birincisi, ona görə ki, bu, hər bir klubun başına gələn haldır. Çox uzağa getməyək. Götürək dünyanın ən güclülərdən olan “Mançester Siti”ni. Xosep Qvardiolanın çalışdırdığı kollektiv dünən “Arsenal”la oyunda darmadağın oldu (1:5). Bu, cari mövsüm “şəhərlilər”in İngiltərə Premyer Liqasında 7-ci məğlubiyyətidir. Komanda hazırda lider olan və 1 oyun az keçirən “Liverpul”dan 15 xal geri qalır. Onlar Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqəni isə yalnız son turdakı qələbə sayəsində qazana bildilər.
Göründüyü kimi, dünyanın ən güclüləri belə zaman-zaman bu cür uğusuz mövsüm keçirirlər. Yəni indiki məqamda “Qarabağ”ı asıb-kəsmək düzgün deyil. Faciəvi nəsə baş verməyib. Son iki məğlubiyyətə baxmayaraq, “Qarabağ” bu gün də ölkə çempionatında liderdir. Ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 7 xal, üçüncü pillədəki “Zirə”ni isə 11 xal qabaqlayır.
“Qarabağ”la bağlı əsas narazılıqlar UEFA Avropa Liqasındakı uğursuz çıxışla bağlıdır. Bəli, Ağdam klubu ötən ildən fərqli olaraq bu dəfə qitənin ikinci dərəcəli klub turnirində uğur qazana bilmədi. Təmsilçimiz bu dəfə pley-offa yüksələ bilməsə də, bunu da böyük bir uğursuzluq kimi təqdim etmək düzgün deyil. Əvvəla, “Qarabağ”la yanaşı, “Braqa”, “Beşiktaş”, “Hoffenhaym”, “Nitsa”, “Slaviya” (hazırda Çexiya çempionatının lideridir) kimi klublar da Avroliqada mübarizəni erkən dayandırdı. Yuxarıda adını çəkdiyimiz klubların hansının adı, heyəti, büdcəsi “Qarabağ”dan zəifdir? Heç birinin!
Bu halda biz hansı əsasla Ağdam klubunun çıxışını faciəyə çevirək? Üstəlik, “Qarabağ”ın cari mövsüm Avroliqanın Liqa mərhələsində keçirdiyi 8 oyunun hamısını izləyənlər təsdiq edə bilərlər ki, bu matçların ən azı yarısında Qurban Qurbanovun komandası adlı-sanlı rəqiblərdən geri qalmırdı. Sadəcə bəzi oyunlarda bəxtsizlik, bəzilərində yersiz qırmızı vərəqələr lazımi nəticənin qazanılmasına mane oldu.
İndi bəziləri bu nəticəni elə təqdim edilər ki, sanki Azərbaycan klubları hər il Avroliqanın yarımfinalında oynayıblar, bircə bu il “Qarabağ” pley-offa adlaya bilməyib. Hələ Qurban Qurbanova yönələn tənqidlər... Və bu tənqidi edənlərin çoxu sadəcə avrokubok azarkeşləri ola bilər, əsl “Qarabağ” fanatı yox. Əsl "Qarabağ" azarkeşləri dünən "Zirə" ilə matçda əvvəldən axıradək komandalarının və Qurban Qurbanovun yanında oldular.
Çünki əsl azarkeş bilir ki, “Qarabağ” bu yerlərə məhz Qurban Qurbanovun zəhməti, gərgin əziyyəti, klubun doğru idarəetməsi sayəsində gəlib.
“Qarabağ” adlı əsərin müəllifi Qurban Qurbanovdur. İndi bu cür uğurlar qazanan məşqçi barədə səslənən bəzi yersiz fikirlər sadəcə ən yaxın keçmişi tez unutmağın göstəricisidir. Qurban Qurbanovun hansısa oyunda meydana buraxdığı “11-liy”i, yaxud əvəzetməsini müəyyən zamanlarda əksərimiz bəyənməmişik, narazılıq etmişik. Yaxud hocanın Mahir Emreliyə, Nəriman Axundzadəyə daha çox şans verdiyini düşünmüşük. Hətta bu gün Qurban bəy Nərimana verdiyi şansı heç oğlu Musaya vermir. Təbii ki, hərənin bir baxışı var. Hərənin də özünə görə həqiqətləri.
Lakin “Qarabağ”ın bu səviyyə çatmasında Qurbanovun rolunun danılmaz olduğu hər kəsin həqiqətidir. İllərdir “Qarabağ” avrokubokların qrup mərhələsində oynayırsa, bir ayaqla ölkə çempionu olursa, dünənə qədər futbolda böyük klubların diqqətindən kənarda qalmış Kadini yetişdirib "Krasnodar"a, Juninyonu tanıdıb Cənubi Amerika futbolunun əjdahalarından olan “Flamenqo” kimi kluba 5 milyon avroya satırsa, bu, Qurban Qurbanovun əməyinin nəticəsidir.
Uğurla uğursuzluq isə xeyirlə şər kimidir.
Uğur daimi ola bilməz.
Elə "Qarabağ"ın üzləşdiyi bu keçici uğursuzluq da.
Bir az səbr.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
25.10.2026
24.10.2026
23.10.2026
























