12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

"Əsas fikrimizi çempionata yönəltməliyik"

"Maraqlı oyun oldu. İlk standart vəziyyətdən qol buraxdıq. Bundan sonra ucuz səhvdən hesab 0:2 oldu". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
O, oyunla bağlı fikirlərini bölüşüb: "Dönüş etmək istədik. Epizodlar da oldu. Birinci hissədə qol vura bildik. İkinci hissədə də epizodlar oldu. Rəqibin 3-cü qolu təsadüfən alındı. Amma, əlbəttə ki, "Zirə"ni təbrik edirəm. Əsas fikrimizi çempionata yönəltməliyik.
 
Futbolçuların performansı, oyunun dinamikası xoşuma gəldi. Müdafiədə səhvləri azaltsaq, nəticələr gələcək. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Buna inanırıq. Məğlubiyyətlər olanda komandada ruh düşkünlüyü yaranmır. Çempionatın sonuna qədər mübarizə gedəcək. Komandanın potensialı ümid verir. İnşallah ki, bu il Premyer Liqada yerimizi qoruyacağıq".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31