Ölkə futbolu
Samir Abasov: "Bu vəziyyətdə azarkeşlər nə edirlərsə, düzgün edirlər"
"Xalqımızı "Zəfər Günü" münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün o qədər möhtəşəm gündür ki, Azərbaycanın hər yerində qeyd olunur".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 13-cü turunda doğma meydanlarında "Şamaxı" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, oyunla bağlı fikirlərini bölüşüb: "Çox çətindir nəsə demək. Birinci günlərlə müqaysiədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik, hansı problemlərlə üzləşəcəyik, onu dərk edib gəlmişik. İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stressi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. İkinci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü.
Bu gün biz "Neftçi" olaraq oyunların tempinə hələ ki, tab gətirə bilmirik. Bu, bizim görülən problemimizdir. Çalışacağıq. Milli fasilə var. Bəlkə, bizə kömək oldu. Mən gələndən sonra analiz etsək, ikinci hissədə hücum qurmaqda nə qədər əziyyət çəkirik. İşləyəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək. Edə bilsək, təbii ki. Matçdan əvvəl uşaqlara dedim ki, siz oyununuzdan həzz alsanız, aqressiv, templi oynasanız....Futboldur, rəqib standart vəziyyətlərdən qol vura bilər. Problemlər oyundan-oyuna daha da görünür. Çalışacağıq ki, rotasiyalar edə-edə, nələrsə fikirləşərək yaxşı vəziyyətə gələk".
Mütəxəssis "İlk hissədə hesab 2:0 olanda, Dembo Darbo qapıya zərbə əvəzinə ötürmə etdi. Ofsayd vəziyyətindən sonra isə gülürdü. Bu, oyunun qırılma anı idi?" sualına belə cavab verib: "Epizoda uzaqdan baxırıq. Analiz etməliyik ki, nəsə fikir bildirək. Bəzi hallarda futbolçunu pas vermədiyinə görə qınayırsan. Gülümsəməyinə gəldikdə, burada neqativ axtarmıram. Hesab da 2:0 idi. Rahatlıq var idi bir az. Çox əziyyət çəkdiyimiz məqamlar, kiminsə qol vurması yox, son nöqtələrdə futbolçuların verdiyi qərarlardır. Problemlər üzə çıxır. Bəlkə də, Darbo vursaydı, daha rahat olardıq".
S.Abasov uğursuzluğun səbəblərindən danışmaq yox, onları aradan qaldırmağa çalışdığını qeyd edib: "Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, məşqçini dəyişib başqasını gətirməzdilər. Təkcə "Neftçi"də deyil, hər klubda belədir. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Amma mən bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. İnanın ki, mənim şikayətlərim azarkeşlərə maraqlı da deyil. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram. Mənə irad bildirirlər ki, niyə danışmırsan? Mənim işim camaata nəyisə çatdırmaq deyil. Mənim işim situasiyadan çıxmaqdır. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. İnsanlar haqlı olaraq bu vəziyyətdən çıxmağımızı istəyirlər. Mən də deyirəm ki, görəcək işlərimiz həddindən artıq çoxdur. Oyunda hamı tərəfdən görünən problemlər var.Amma bunların səbəblərindən danışmaq düzgün çıxmaq. Etik deyil. Etik olsa da, "Neftçi" camiəsi üçün maraqlı deyil. Bunu anlayıram. Ona görə də bunun üzərində durmaq istəmirəm".
O, futbolçusu Yeqor Boqomolskinin oyunundan söz açıb: "Ümidləri doğrultmaqdan söhbət getmir. 90 dəqiqə oynasaydı da, məşqçi üçün göstərici deyil ki, onun haqda qərar verək. Ümumi analiz etsək, Boqomolski girdiyi təhlükəli epizodlar filan, ritmdən düşmüş Darbodan daha yaxşı idi. Bir-iki epizodda düzgün qərar versəydi, qol olardı. Biz nə istəyirik? Kimsə yorulubsa, tapşırıqları yerinə yetirmirsə, onu bir nəfərlə əvəzləməlisən. Boqomolski Darboya baxanda daha önə qaçan futbolçulardandır".
Mütəxəssis azarkeşlərinin narazlığından da danışıb: "Burada olan azarkeşlər də, olmayanlar da, nə danışırlarsa, deyirlərsə nəsə axtarmaq günahdır. Kiminsə düz və ya səhv deməsini axtarmaq belə günahdır. Bizim vəziyyətimizdə, neçə oyun qazana bilməyən komandanın baş məşqçisi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz etmək ixtiyarımız var? Və ya futbolçular onlara nə deyə bilər? Hamısı özünə görə haqlıdır. Bu vəziyyətdə azarkeşlər nə edirlərsə, düzgün edirlər".
S.Abasov komandaya gəldikdən əvvəl futbolçulardan məlumatı olmadığını qeyd edib: "Çiynimizə yük olsun ki, o durumdan çıxaq. Uda bilmirik hələ ki. "Sumqayıt"da baş məşqçi olanda, "Neftçi"nin içində deyildim, oyunçular haqda informasiyam yox idi. Burada baş məşqçinin istəyilə yığılan futbolçulardır. Mən dediklərim heç kimə maraqlı deyil. Əsas odur ki, vəziyyətdən çıxa bilək".
O, "Neftçi"nin yetirməsi və bu gün 1 qol və 1 qolun ötürməsi ilə yadda qalan Murad Məmmədovdan danışıb: "Muradda öz yaşına görə ən yaxşı xüsusiyyət odur ki, çox futbol istəyi var. Oynamaq istəyir, aqressivdir. Belə futbolçular tez inkişaf edir. Bu xüsusiyyət ona inkişaf etməkdə təkan olacaq. Heç nədən çəkinmir. Murad oynadığı birinci hissədə yaxşı işlər gördü. Onun tərəfdən qapımıza da hücumlar getdi. Murad oynaya-oynaya artırmalıdır. Akademiyamızın futbolçusudur. Heç olmasa indiki situasiyada o cür futbolçular qazanarıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























