Ölkə futbolu
Santuş: "Ümid edirəm ki, sabah oyunçularım oyunda mənə hədiyyə edərlər"
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 3-cü turunda sabah Tallində keçiriləcək Estoniya ilə oyun üçün təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə öz doğum günü münasibəti ilə təbriki qəbul edib: "Təbrik etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sabah oyunçularım oyunda mənə hədiyyə edərlər".
F.Santuş öz motivasiya mənbəyindən danışıb: "Həm futbolçu, həm də məşqçi karyeram olub. Uzun müddətdir ki, bu işlə məşğulam. AFFA-nın prezidenti ilə əlaqə saxladım. Daha sonra Azərbaycanda futbola nə qədər maraq olduğunu gördüm. Əsas məqsədim ölkədə futbolun inkişafına dəstək olmaq və Azərbaycanı yaxşı yerlərə qaldırmaqdır".
70 yaşlı mütəxəssis sabahkı oyun haqda da söz açıb: "Estoniya millisinin bundan əvvəlki iki oyununa baxmışam. Həmçinin, ötən il keçirilən Azərbaycan - Estoniya matçını da izləmişəm. Slovakiya ilə görüşün ikinci hissəsini çox yaxşı keçirdilər. Futbol belə oyundur, qol vuran qələbə qazanır. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək".
Millimizin baş məşqçisi penalti zərbəsi təyin olduğu halda kimin vuracağını deməyəcəyini bildirib: "Kimin vuracağını bilirəm. Amma bunu indi deməyəcəyəm".
Santuş rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu vurğulayıb: "Mənim üçün vacib olan öz komandamdır. Qeyd etdiyim kimi, rəqibin oyunlarına baxmışıq. Görmüşük ki, onlar standart vəziyyətlərdə təhlükəlidir. Hücumda və müdafiədə öz mövqelərimizi bilirik. Komandam bununla bağlı məlumatlıdır. Futbolçularım əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar".
O, Emin Mahmudovun "Neftçi"nin heyətində son 3 oyuna çıxmadığına görə heç bir problemin olmadığını qeyd edib: "Ciddi bir problem hiss etməmişəm. Əhval-ruhiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar".
Portuqaliyalı mütəxəssis "Emin Mahmudov əsas heyətdə çıxmasa, kapitan kim olacaq?" sualına belə cavab verib: "Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün".
F.Santuş sözügedən oyun üçün edilən taktiki hazırlıq haqda danışıb: "Öz fəlsəfəm var, komandaya bununla bağlı məlumat verilib. Müxtəlif taktikalarda oynaya bilərik. Heç bir sürpriz yoxdur. Ən əsası odur ki, oyunda dinamika olsun. Komanda olaraq addım-addım nəyəsə can atmağa çalışırıq. Get-gedə daha yaxşı olacağıq. Haradansa oyunçu gətirə biliriksə, hansısa mövqeni gücləndirə bilərik. Amma kimisə gətirə bilmərik. Azərbaycanda hansı futbolçular varsa, onlarla işləməliyik. Bu oyunçuları daha irəliyə aparmalıyıq. Bunun üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.
O, Estoniya millisinin zəif rəqib olmadığını vurğulayıb: "Deməzdim ki, Estoniya millisi zəifdir. İlk oyunda 5 santimetrlik ofsayddan qol buraxdılar. Düşünürəm ki, rəqib hücumda oynayacaq. Amma futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın. Hansı komandanın güclü və ya zəif olması barədə düşünmürəm. Mənim üçün bir yol var. Bu yolla getməliyik. Bu gün Estoniya ilə oynayırıq, sabah Portuqaliya ilə oynaya bilərik. Hansısa komandadan çəkinib müdafiədə oynamaq və ya hansısa komandadan üstün olub hücumda oynamaq kimi bir şey yoxdur. Yalnız bir düşüncə tərzi ilə getmək lazımdır. Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























