31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

Sərtan Taşkın: “Hər epizodu dəyərləndirsəydik, hesab 10:0, 20:0 olardı”

“Sumqayıt”ın müdafiəçisi Sərtan Taşkının Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının IV turunda “Sabah”a qarşı keçirilən oyuna yaxşı başladınız, erkən qol vurdunuz, lakin yekunda meydanı məğlub tərk etdiniz. Lazımi nəticəni qazanmaq üçün nə çatışmadı?

- İstədiklərimizi meydanda edə bilmədik. Çalışırdıq baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Bəzən alınırdı, bəzən yox. Alınmayan anlarda qapımızda qollar gördük.

- Kifayət qədər qol epizodu yarada bilsəniz də, dəyərləndirmək mümkün olmadı. Bunu nə ilə əlaqələndirmək olar?

- Futbolda belə hallar olur. Hər epizodu dəyərləndirsəydik, hesab 10:0, 20:0 olardı. Bu futboldur, bəzən şansları qaçırırsan. Komanda olaraq növbəti matçlarda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

- Demək olar ki, “Sumqayıt”da stabillik çatışmır?

- Deməzdim ki, stabillik çatışmır. Səhvlərimizi analiz edəcəyik. Növbəti qarşılaşmalara hazırlaşacağıq.

- Səhvləri nədə görürsən?

- Şansları qaçırmaq hər komandada olur. Məsələn, “Qarabağ” “Turan Tovuz”la matçda epizodları boşa verdi, yekunda məğlub oldu. Bu o demək deyil ki, “Qarabağ”da stabillik çatışmır. Biz də çalışırıq ki, səhvlərimizi düzəldək.

- Növbəti turda Sumqayıtda “Araz-Naxçıvan”ı qəbul edəcəksiniz. Həmin matçdan gözləntilər nədir?

- “Araz-Naxçıvan”ı təhlil edəcəyik. Baş məşqçimiz lazımi göstərişlərini verəcək. Biz də əlimizdən gələni edəcəyik ki, Samir müəllimin tapşırıqlarını yerinə yetirək.

- V turun oyunlarından sonra çempionatda fasilə olacaq. Demək olar ki, toplarlanmaq üçün həmin müddət “Sumqayıt”ın lehinə olacaq?

- İnanıram ki, yaxşı olacaq. Məncə də, fasilə müddətinin komandamıza faydası dəyəcək.

Fərəc Aslanov   








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31