11 Avqust 2026, Çərşənbə axşamı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Renat Dadaşov: "Hədəfimiz Superliqaya yüksəlməkdir"

Azərbaycan millisinin "Ankaragücü"də (Türkiyə) çıxış edən futbolçusu Renat Dadaşov klubu haqqında danışıb.
 
Fubtolxeber.az saytının məlumatına görə, avqustun 8-də 1-ci liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayan və ilk matçında fərqlənən 25 yaşlı hücumçu bu sözləri deyib:
 
"Baş məşqçi Cihat Arslanın mənə qarşı diqqəti məni təsirləndirdi. O, "Ankaragücü"nün qarşıdakı planlarından danışdı. Öz planlarını dedi. Bunlar məni çox təsirləndirdi. "Ankaragücü" böyük bir klubdur. Ankara gözəl şəhərdir. Hədəfimiz yenidən Superliqaya yüksəlməkdir. Mən də, komanda yoldaşlarım da bunun üçün mübarizə aparacağıq. "Şanlıurfaspor"la ilk turun matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verdi. Bütün diqqətimizi "Ərzurumspor"a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31