13 Aprel 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
Sadıqov: “1 xal üçün çox sevinirik”
Millimiz Gürcüstana yenə uduzdu
Zubir “Qarabağ”dan gedir

Ölkə futbolu

Konfrans Liqası: "Sabah" və "Zirə"nin potensial rəqibləri məlum oldu

UEFA Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan təmsilçilərinin cütlərinin potensial rəqibləri də müəyyənləşib.

"Zirə" (Azərbaycan) üçüncü mərhələdə Xorvatiya "Osiyek"ini mübarizədən kənarlaşdırsa, pley-offda “Omoniya” (Kipr) - “Fehervar” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

"Sabah" (Azərbaycan) isə "Sent-Patriks"i 2 oyunun cəmində üstələyə bilsə, qrup mərhələsinə gedən yolda “Saburtalo” (Gürcüstan) - “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Zirə" və "Sabah" 3-cü təsnifat mərhələsindəki ilk oyunlarını avqustun 8-də səfərdə, cavab görüşlərini isə avqustun 15-də evdə keçirəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30