10 Iyun 2026, Çərşənbə
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi
U-17 millimiz Qazaxıstana uduzdu

Ölkə futbolu

"Sumqayıt" - "Orenburq" oyununun başlama saatı açıqlandı

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt"ın ilk yoxlama oyununun saatı açıqlanıb.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Rusiyanın "Orenburq" klubu ilə sabah Qızılcahamam stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sumqayıt" iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30