24 Yanvar 2026, Şənbə
Sadıqov: “Vəziyyət pisə doğru gedir”
"Sumqayıt"da ukraynalı müdafiəçi
"Neftçi" "Zirə" ilə heç-heçə etdi
“Neftçi”dən azarkeşlərinə müjdə

Ölkə futbolu

“Qarabağ”dan Estoniyada ardıcıl 3 qələbə

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”da mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Rəşad Sadiqovun komandası ilk turda Latviya təmsilçisi “Auda” ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib. Baltikyanı ölkə təmsilçisi ilə matçda Əli İbrahim iki, Əli Əliyev və Rəşid Tariverdiyev hərəyə bir qol vurub.

İkinci turda İsveç “Hasselbi”si ilə görüşən "Qarabağ" 4 cavabsız qolla qələbə qazanıb. Əli İbrahim iki, Əli Əliyev və Sahib Aliyev hərəyə bir qola imza atıb.

"Qarabağ" Estoniyanın “NF Academy” klubunu da məğlub edib - 2:1. Əli İbrahim turnirdə ardıcıl üçüncü dublunu gerçəkləşdirib. İlk üç turda 9 xal toplayan U-16 10 qol vurub, 2-ni buraxıb.

Qeyd edək ki, turnirdə 7 komanda dairəvi sistemlə mübarizə aparır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31