24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Səbail” “Latsio”da oynamış müdafiəçini transfer etdi - EKSKLÜZİV

Transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi albaniyalı müdafiəçi Amir Bilalini transfer edib.

30 yaşlı stopperlə keçidlə bağlı razılıq əldə olunub və Türkiyədəki təlim-məşq toplanışı zamanı rəsmi müqavilə imzalanacaq.

Amir Bilali Şimali Makedoniyada anadan olsa da, Albaniya vətəndaşlığı daşıyır. O, futbolçu karyerasına yeniyetmə vaxtı – 16 yaşında İtaliyada başlayıb. 2008-2014-cü illərdə “Kremonese”nin heyətində yer alan Bilali 2012-2013 mövsümünü icarə əsasında “Latsio”da keçirib.

“Səbail”in yeni transferi peşəkar futbolçu karyerasına Sloveniyanın “NK Celje” klubunda başlayıb. Daha sonra o, “KF Bylis” (Albaniya), “Rabotniçki” (Şimali Makedoniya), “Teuta” (Albaniya), “Şkupi” (Şimali Makedoniya), “Partizani” (Albaniya), “Akademika Clinceni” (Rumıniya), “Mezokovesd” (Macarıstan), “Akzayik” (Qazaxıstan) və “Sutyeska”da (Monteneqro) çıxış edib. Amir Bilalinin son klubu doğulduğu Qostivar şəhərinin eyniadlı klubu olub. Şimali Makedoniya təmsilçisinin heyətində 22 oyuna çıxan Bilali Albaniyanın U-19 millisində də forma geyib. O, 2014-15 mövsümündə Sloveniya kubokunun qalibi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31