25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Qazaxıstan millisini Azərbaycanla oyuna Çerçesov çıxarmayacaq

Qazaxıstan millisini Azərbaycan millisi ilə yoldaşlıq görüşünə Stanislav Çerçesov çıxarmayacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Qazaxıstan Futbol Federasiyası açıqlama yayıb. Millinin iyunda keçiriləcək yoldaşlıq görüşlərində komandaya yeni təyin edilən baş məşqçi Stanislav Çerçesov rəhbərlik etməyəcək. Komandanı Azərbaycan və Ermənistan milliləri ilə oyunlara baş məşqçinin köməkçisi Ruslan Baltiev hazırlayacaq.
 
Qeyd edək ki, Qazaxıstan  - Azərbaycan oyunu iyunun 7-də keçiriləcək.
 
Xatırladaq ki, Qazaxıstan Futbol Federasiyası Çerçesovun təyinatını iyunun 3-də elan edib. 60 yaşlı rusiyalı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstan "Ferensvaroş"u olub. Onun adı Azərbaycan millisi ilə də hallanırdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31