Ölkə futbolu
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov “Azərtac”a müsahibə verib. Futbolxeber.az saytı bəzi ixtisarlala həmin müsahibəni təqdim edir:
- 2023-cü il 16 dekabr... Bu tarix yaddaşınızda necə qalacaq?
- Bu tarix bir tərəfdən ağır gün kimi yadda qalacaqsa, digər tərəfdən şəxsən mənim üçün ikinci doğum günü kimi də qeyd edə bilərəm.
- Dəhşətli qəzanı necə xatırlayırsınız?
- Doğrusu, qəza vaxtı gec saatlar idi və mən o zaman maşında yatmışdım. Odur ki, ətraflı danışa bilməyəcəyəm.
- Həmin an keçirdiyiniz hissləri necə ifadə edərdiniz? Gözünüzün qarşısına ilk olaraq kim və ya kimlər gəldi?
- Qüvvətli zərbədən sonra oyandım. İlk anlarda şokda idim. Sonra anladım ki, qəza baş verib. Təbii ki, ilk növbədə həmkarlarımı düşündüm. Onların hansı vəziyyətdə ola biləcəyi ehtimalı daha qorxunc gəlirdi. Allaha şükür ki, bir-bir hamının səsini eşitdim. Bundan sonra çox rahat oldum. Sonradan ilk olaraq gözümün qarşısına anam gəldi. Fikirləşirdim ki, bu hadisəni necə gizlədə bilərəm ki, xəbər tutmasın.
- Adətən insanlar faciəvi hadisələrdən sağ-salamat çıxdıqdan sonra həyata daha möhkəm bağlanırlar və sanki bunu onlara verilmiş ikinci şans kimi qiymətləndirirlər. Həmin qəza sizə nəyi öyrətdi?
- Əlbəttə ki, belə hadisələrdən sonra sağ qaldığımıza görə Allaha şükür etməliyik. Bir müddət ayağımı itirmək təhlükəsi var idi. Amma həkimlərimiz sağ olsun, kəsilmədən qoruya bildilər. PFL kimi biz bu hadisədən sonra daha möhkəm, daha güclü olduq. Tam bir ailəyə çevrildik. Dekabrın 16-da bizim düşdüyümüz qəzaya görə narahatlıq keçirərək müalicə olunduğumuz hospitalın həyətində toplaşan xeyli insan olub. Onlara təşəkkür edirəm. Bizi tanıyanlar, dost-tanışlarımız, qohumlarımız var qüvvələri ilə ailələrimizə dəstək olublar. Belə şeyləri heç vaxt unutmaq olmaz. Onlara bir daha minnətdarlığımı bildirirəm. Allaha şükür edirəm ki, sağıq.
- Ötən il həyatınızın bəlkə də ən çətin dönəmi oldu desək, yanılmarıq. Səhv etmirəmsə, qəzadan bir neçə ay öncə də futbol oynayarkən zədə almısınız...
- Bəli, bu vəzifəyə seçiləndən bir neçə ay sonra futbol oynayarkən əlimdəki baş barmaq sınmışdı. Şükür olsun, hazırda tam bərpa olunub.
- Hazırda özünüzü necə hiss edirsiniz? Gəzə bilirsiniz?
- Hazırda vəziyyətim stabildir. Əfsuslar olsun ki, gəzə bilmirəm. Reabilitasiya davam edir. Yaxın zamanda ayağa qalxmağa çalışacağam.
- Qəzadan sonra bir neçə ağır əməliyyat keçirdiniz. Əvvəlki Elxan Səmədovu tam sağlam şəkildə yenidən öz işinin başında görmək üçün daha neçə müddət lazım olacaq?
- Ümumilikdə irili-xırdalı 9 əməliyyat keçirdim. Amma həkimlərin sözlərinə görə, bir-iki aya işə çıxa biləcəm. Xəstəxanada olmağımıza baxmayaraq, qəzadan 1 həftə sonra işə başlamışıq. O vaxtdan da rahat işləyirik.
- Siz işə çıxmasanız da komandanız bu müddətdə var gücü ilə çalışdı ki, yoxluğunuz hiss olunmasın. Necə düşünürsünüz, buna nə dərəcədə nail ola bildilər?
- Əməkdaşlarımız işlərinin peşəkarlarıdırlar. Həmişəki kimi əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Bir daha qeyd etmək istəyirəm ki, bu qəza bizi daha güclü etdi. Kollektivimizə mən xəstəxanada olduğum zaman ikiqat işlədiyinə görə təşəkkür edirəm.
- AFFA-dakı prezident seçkiləri barədə nə demək istərdiniz? Sizcə, bu dəyişiklik futbolumuza nə qazandıracaq?
- Fürsətdən istifadə edərək, Rövşən Nəcəfi AFFA prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Rövşən bəy də futbolu sevən insandır. Seçildikdən sonra konfransda, ardından isə mətbuat önündə mümkün qədər geniş şəkildə fikirlərini, hədəflərini bildirdi. Özünün də qeyd etdiyi kimi, zamana ehtiyac var və bu da normal bir istəkdir.
- Milli assosiasiyanın yeni prezidenti Rövşən Nəcəf çempionatın formatı və komanda sayının müzakirə olunacağını bildirdi. Sizcə, hazırkı məqamda belə bir şeyə ehtiyac varmı və bu, hansı effekti verə bilər?
- Təbii ki, hər birimiz Premyer Liqada komanda sayının daha çox olmasını istəyirik. Amma indiki məqamda buna hazır olub-olmadığımızı yaxşıca analiz etməliyik. Həm infrastruktur, həm də maliyyə cəhətdən. Bu dəyişikliklər olsa, ciddi vəsaitə ehtiyac duyulacaq. Ona görə də bu məsələlər müzakirə mövzusudur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
23.10.2026
22.10.2026
























