Ölkə futbolu
Qurban Qurbanov: "Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər"
"Həm bu, həm də bundan əvvəlki oyun yaxşı alındı. Hər iki komanda üçün faydalı oyun oldu. Qarşımızda fərqli "Sabah" var idi. Oyun sistemində dəyişiklik etmişdilər. Ola bilər ki, bu çətinlik yaradırdı. Amma oyunu ələ almağa çalışırdıq. Rəqib sürətli oyunçularından istifadə edirdi. Hər iki komandaya təşəkkür düşür".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sabah"la oyunundan (3:3) sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra təcrübəli mütəxəssis sualları cavablandırıb:
- Andrey Lunyov uzaqdan zərbələr zamanı topları götürə bilmir. Bu sizi narahat edir?
- Fikir bildirə bilməyəcəm. Baxımlı qollar idi. Hətta rəqibin üçüncü qolunu özüm alqışladım. Baxımlı qol oldu. Videotəkrara baxmaq lazımdır. Buna daha çox qapıçılar üzrə məşqçi baxacaq. Bəlkə düzgün mövqedə deyildi. Amma Lunyov təcrübəli qapıçıdır. Bəzən görürsən ki, belə qollar olmayanda, düşünmə qabiliyyəti azalır. Belə qollar olanda, qarşıdakı epizodlara daha ciddi hazırlaşırsan.
- Komandanızda hansı çatışmazlıqları gördünüz?
- Çatışmazlıqlar var. İdeal formada deyilik. Əgər bu qədər qol buraxırıqsa, demək ki, çatışmazlıqlar var. Rəqibin yaxşı düşünülmüş hücumları var idi. Komanda diqqətli oynayırdı. Burada tək müdafiə xəttini günahlandırmaq istəmirəm. Komanda şəklində bəzi çatışmazlıqlar oldu. Hücumda oynayırsansa, istər-istəməz boşluqlar buraxmaq normaldır. Bizim qapımıza bu qədər penalti təyin edilməsini xatırlamıram. Uduzsaq da, daha çox topa sahib olmaq istədik. Yaxşı qol epizodları var idi. Buraxılan qollardan hamılıqla fayda çıxaracağıq.
- Mərkəz müdafiəçisinin yeri görünür?
- Bəhlul və Bədavidən razıyam. Kevin Medina sağlam olsaydı, daha yaxşı idi. Mərkəz müdafiə xətti elədir ki, orada yanılmalı deyilik. Daha diqqətli və dəqiq iş aparılmalıdır. Əlimizdəki futbolçulardan razıyam. Yaxınlarda da Allah qoysa, Kevin geri dönər.
- Bu cür oyundan sonra "Braqa" matçına motivasiya olmaq çətin deyil ki?
- O oyunlar tam fərqlidir. Motivasiya etmək asandır. Bir həftə içərisində eyni rəqibə qarşı üç dəfə oynamaq yorucu olur. Amma inanmıram ki, bunun "Braqa" ilə oyuna təsiri olsun. Hazırlıq planımız var idi.
- İlk dəfədir ki, eyni komanda ilə üç oyunda qapılara 21 qol vuruldu. Bu, hücumçuların bacarığı, yoxsa müdafiəçilərin səhvləridir?
- Hər iki xəttin bacarığıdır (gülür).
- Toral Bayramovun "Qalatasaray"a keçmək ehtimalı var?
- Xeyr. Sizin bildiklərinizdir. Sadəcə yazılardır. Onların direktoru da açıqlama vermişdi ki, heç bir futbolçumuzla maraqlanmırlar.
- Rəsmi təklif olsa, necə?
- Klublar arasında razılıq olarsa, mümkündür.
- Çempionat matçında az adam gəlir, amma "Braqa" ilə görüşdə yəqin ki, stadion dolacaq. Artıq uzun illərdir ki, bu sualı təkrar-təkrar veririk. Demək ki, hələ heç nə dəyişməyib. Sizcə, bu nə vaxt dəyişəcək?
- Deyəcək bir söz tapmıram. Çox istəyərdim ki, azarkeş sayı çox olsun. Futbolçular daha çox istəkli olur, daha baxımlı oyun gedir. Futbol azarkeşsiz bir o qədər maraqlı görünmür. İnanın ki, azarkeş az olanda oyun ajiotaj yaratmır. Amma matç 10-15 min azarkeş qarşısında keçiriləndə, daha ajiotajlı görünür. Əfsuslar olsun ki, bunu edə bilmirik. Bilmirəm günahkar bizik, klubdur, yoxsa ümumi futbolumuzdur. Lakin azarkeşlərin gəlməsinə çox ehtiyac var. Futbol azarkeşssiz futbola bənzəmir. Bu, futbolun səviyyəsini çox aşağı salır. Futbolçu 10-15 min azarkeş qarşısında daim oynasa, o hər oyunda 10-15 faiz daha yaxşı oynayar, daha məusliyyətli olar. Mütləq nəsə bir yol tapılmalıdır. Futbol üçün nəsə düşünülməlidir ki, azarkeşlərimiz hansısa formada stadiona gəlsinlər. 10-15 il əvvəl daha çox azarkeş gəlirdi. Azarkeşlər sanki Azərbaycan çempionatından küsüblər. Premyer Liqamızın səviyyəsini qaldırmaq lazımdır. Rəqabəti yaxşılaşdırmaq lazımdır. Ümid edək ki, hər şey yaxşı olacaq və bu sualı yenə verməyəcəksiniz (gülür)
- Aleksey İsayevin "Braqa"ya qarşı oynamaq ehtimalı var?
- Komandaya yaxşı adaptasiya oldu. Nə qədər bacarıqlı olsan da, klubun istəklərinə tam riayət edə bilmirsən. Ondan daha yaxşısını gözləyirik.Oyunundan razıyıq. "Braqa" ilə oyunlara gəldikdə, tam heyət bilinmir. Qarşıdakı günlərdə bilinəcək.
- "Xəzər Lənkəran"ın futbolumuza qayıtmaq ehtimalı var. Stadion təmirə bağlanıb...
- Ancaq alqışlayıram. Lənkəranda oynamaq... Ora başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq, hazırlaşırdıq. Çox istəyərdim ki, "Xəzər Lənkəran" yenidən qayıtsın. Fikir varsa, alqışlayıram.
- Millimizin Millətlər Liqasında rəqibləri bəlli oldu. Bu haqda nə deyə bilərsiz?
- Məlumat verə bilmərəm. İstər-istəməz bir o qədər yaxından maraqlanmıram. Millimizə uğurlar arzulayıram. Tanış rəqiblərə qarşı oynayanda bəzi oyunlar daha asan olur. Çünki rəqibin gücünü bilirsən. Bu dəqiqə ciddi olmayan rəqib yoxdur. Hər bir halda, milliyə uğurlar arzulayıb, inanmalıyıq.
- Artıq ikinci matçdır ki, penaltiləri fərqli oyunçular vurur. Bu, nədən irəli gəlir?
- Ehtiyat. İlk penalti vuran oyunçuların ehtiyatıdır.
- Avrokuboklarda da belə olacaq?
- Təki, avrokubokalarda da penaltilər olsun, baxarıq.
- "Braqa" ilə oyun haqda nə deyə bilərsiz?
- Topla sürətli olan, dinamik komandadır. İlk dəqiqələrdən oyunu ələ almağa və sürəti daim artırmağa çalışırlar. Ona uyğunalaşmağa və qarşısını almağa çalışacağıq. "Braqa" yaxşı komandadır. Ən azından bilirəm ki, hər iki matç maraqlı olacaq.
- "Qarabağ"ın "Braqa"ya qarşı oyun planı hazırdır?
- Demək olar ki, hazırdır. Bu gün gecə oyunları var. Bundan əvvəlki oyunlarını analiz edəcəyik. Bəlkə hansısa dəyişiklik oldu. Amma plan hazırdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
25.10.2026
24.10.2026
23.10.2026
























