Ölkə futbolu
Ayxan Abbasov: “Qol epizodunun əvvəlini VAR göstərmir. Niyə? +18 görüntüdür?”
"Bu gün üzücü xəbər aldıq. Azərbaycan futbolu üçün dəyərli insanlar qəzaya düşüb. Allahdan onlara şəfa diləyirəm. O ki qaldı matça, bu gün çempionatımız ən yaxşı komandalarından birinə qarşı oynadıq. "Zirə" ən az qol buraxan komandadır. Onların müdafiə xəttini yarmaq çətin idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turunun "Zirə" ilə matçından sonra keçirilmiş mətbuat deyib.
O, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib: “Meydanda taktiki savaş getdi. Rəqib sistemini dəyişmişdi. Rəşad Sadıqov sürpriz etməyi sevir. Yaxşı oynadığımız oyunlarda məğlub oluruq. Yenə də qorxmadıq. "Zirə" ilə yenidən kubokda oynayacağıq. İlin sonunda sıx qrafikdə oynamaq çətindir. Amma futbolçularıma inanıram. Rəhbərliklə bir yola başlamaşıq. Bu yolu keçməliyik. Futbol xarakter oyunudur. Bu gün oyunçularda mübarizə əzmini gördüm".
Abbasov qeyd edib ki, rəqibin sistem dəyişikliyi komandasına çətinlik yaradıb: “Epizodlar var idi ki, sanki hücumçularla müdafiəçilər meydanda güləşirdilər. Bu, bizə çətinlik yaradırdı. Onlar da iki hücumçu ilə oynadı. Diqqətli oynamalıydıq. Futbolçular hər vəziyyətə hazır olmalıdırlar”.
Tovuz klubunun çalışdırıcısı müdafiədəki çətinliklərin səbəbini belə izah edib: “Bizim problemimiz adlarda deyil. "Sabah"la matçda Şəhriyar meydanda idi, 3 qol buraxdıq. Problemimiz stoperlərin bir yerdə stabil olmamasıdır. Miller, Hakman, Şəhriyar zədələnib. Bunların hamısı ən azı 3-4 turu buraxıb. Bir müddət dördlü müdafiə ilə oynadıq. Oyunçular sağlam olsalar, ən yaxşı heyəti meydana buraxarıq. Bu, bizə siqnal verir ki, gələcəkdə daha geniş heyət quraq. Şəhriyar bu gün liderlik keyfiyyətini göstərdi”.
A.Abbasov çox qol buraxmaları barədə də danışıb: “Keçən il qalib gəlirdik, narazı qalırdılar. Hətta deyirdilər ki, uduzaq, amma hücum edək. Mənim hücum və ya müdafiə baxışım yoxdur. Futbol komanda oyunudur. Bu gün böyük komandalar da kompakt oynayır. Bu mövsüm hücuma üstünlük veririk. Çünki hücumameyili oyunçularımız çoxdur. Mövsümün əvvəlində futbolçuların zədə alması, komanda şəklində müdafiədə problem yaratdı”.
Ayxan Abbasov qış fasiləsində öncəliyinin yerli futbolçu olduğunu söyləyib: “Elə futbolçu istəyirəm ki, heyətimizdə olanlardan güclü olsun. Axtarışdayıq. Danışıq apardığımız futbolçular var. Hazırda legioner transferi düşünmürük. Son iki matçdan sonra ümumi təhlil edib qərar verəcəyik”.
Abbasov qeyd edib ki, Premyer Liqada nəticə qazanmaq üçün legionerlərə ehtiyac var: “Deyirik ki, legioner oynatmayaq. Keçən il "Şamaxı"nı niyə qınadıq? Fikirlər çoxdur. Hərə bir yerə yoza bilər. Azərbaycanda 2-3 hücumçu gətirə bilərik? Mərkəz müdafiəçisi deyək. Bəzi komandalar qapıçı problemi yaşayır. Çempionatda qalmaq üçün komandaya legioner lazımdır. Mən öz büdcəmə uyğun legioner gətirirəm. "Sabah"ın, "Neftçi"nin legionerləri ilə bizimkilər arasında fərq var. Bu gün Otto Conu, Paçunu qazanmışıq. Conun aldığı maaşı desəm, çoxunuz inanmayacaqsız. Bəli, hamımız "Qarabağ"ın yolunu nümunə çəkirik. "Qarabağ" öncə bazasını düzəltdi. "Qəbələ"nin düşdüyü vəziyyət bizə siqnaldır. "Sumqayıt"da futbolçu 1500 manat maaş alırdı. Avroliqaya vəsiqə qazanandan sonra bizdən 10 000 manat maaş istədi. Bəzi klublar maliyyədən gileylənir. Yerli oyunçular üçün müraciət edirik, futbolçuları buraxmırlar. "Sabah"a təşəkkür edirəm. Az oynayan futbolçuları icarəyə verirlər. Mən yerli oyunçuların tərəfdarıyam. Amma Premyer Liqada qalmaq üçün legionerlər vacibdir”.
Mütəxəssis hakimlik barədə çox danışmaq istəmədiyini bildirib: “Bu gün çox çətin oyun idi. Hakimlikdən çox danışmaq istəmirəm. Real baxsaq, xalımız daha çox ola bilərdi. Dörd oyunda hakim qərarları nəticəyə təsir etdi. Həmin səhvlər baş məşqçinin, futbolçunun karyerasına təsir edə bilər. Əliyar Ağayevin Çempionlar Liqası oyununu izlədim. Fasilədə oyunçular necə sərt etiraz edirdilər? Biz isə etiraz edəndə sarı vərəqə verirlər. Sevinməyə belə icazə vermirlər. "Neftçi" ilə oyunda qapımıza vurulan qol epizodunu əvvəlini VAR göstərmir. Niyə? +18 görüntüdür? Avropada fərqli, çempionatda fərqli oyun idarə edirlər. Bəli, narazıyam. Hakimlər də inkişaf etməlidir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:10
DÇ: Millimiz bu gün 2 oyun keçirəcək
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
25.10.2026
24.10.2026
23.10.2026
























