17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Ölkə futbolu

Ranqnik: “Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq

“Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində bu ay keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
 
Almaniyalı mütəxəssis ciddi problemlərlə üzləşdiklərini bildirib. O, yığmaya çağırılan zədəli oyunçuların heyətdən çıxarılacaqlarını istisna etməyib: “Bir neçə futbolçunun durumu qeyri-müəyyəndir. Bunlar David Alaba, Marsel Sabitzer, Stefan Poş və Mixael Qreqoriçdir. Hazırkı durumda onların qarşıdakı matçlarda iştirak şansları az görünə bilər. Məhz bu üzdən əlavə 1-2 nəfərə dəvət göndərmək qərarına gəldim. Sanki uzun bir mövsümün sonundayıq. Çünki zədəlilərimiz kifayət qədərdir. Bu üzdən qarşıdakı matçlar asan olmayacaq. Buna baxmayaraq, nikbinliyimizi qoruyuruq”.
 
Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31