11 Mart 2026, Çərşənbə
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

Şəhriyar Əliyev 250-yə çatdı

“Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev Azərbaycan çempionatlarında yubiley oyununu keçirib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, kapitan Premyer Liqada 250-ci oyununa çıxıb.

Bu, VII turda “Sumqayıt”la keçirilən səfər oyununa (0:0) təsadüf edib. 31 yaşlı mərkəz müdafiəçisi bu müddət ərzində 11 qol vurub.

Ş.Əliyev ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur. Premyer Liqada 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edən müdafiəçi indiyə qədər 6 klubun formasını geyinib. Paytaxtın eyniadlı komandasında 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (4 qol) forma geyinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31