26 Iyul 2026, Bazar günü
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
"Qarabağ" ÇSKA ilə heç-heçə etdi

Ölkə futbolu

AFFA-dan I Liqa klubunun futbolçusuna 2 illik diskvalifikasiya

“Zaqatala”nın futbolçusu Mahmud Məmmədov dopinqə görə diskvalifikasiya olunub.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, o, 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilib.
 
Bu səbəbdən M.Məmmədov barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 illik diskvalifikasiya sanksiyası tətbiq edilib.
 
2022-ci il mayın 17-də I Divizionun “Neftçi-2” ilə qarşılaşmasında çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.
 
FİFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31