Ölkə futbolu
Qurban Qurbanov: “Bugünkü qələbəmiz dünənki siyasi zəfərimizin ardıdı deməyə utanaram”
"İlk olaraq xalqımızı təbrik etmək istəyirəm. Həm bu, həm də dünənki qələbəmiz münasibəti ilə. 30 ildən çox davam edən gərginliyə baxmayaraq, əvvəlcə 44 günlük müharibədə zəfər qazandıq. Dünən isə bir daha zəfərimizi hiss etdik. Daha rahat, yuvasına köçmüş xalqımız var. Azərbaycan xalqını təbrik edirəm. Ordumuza təşəkkür edirəm. Cənab Prezidentimizi təbrik edirəm. Böyük zəfər oldu”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Mölde”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Təcrübəli mütəxəssis qələbəni belə şərh edib: “Bu gün qalib gəlməyi çox istəyridik. Dünən oyundan narahat idim. Çünki oyunçular çox istəkliydilər. Bu cür oyun intizamına görə onlara təşəkkür edirəm. Vacib qələbə qazandıq. Yaxşı, maraqlı oyun oldu. Sona kimi temp düşmədi. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər”.
Qurbanov rəqib baş məşqçinin son günlər baş verən siyasi proseslərdən xəbərdar olması və Azərbaycan xalqına uğurlar arzulamasına belə münasibət bildirib: “Son vaxtlar belə fikirlər bizə çox bildirilib. Həmişə səfər görüşlərində, xüsusən rəhbərliklərin görüşündə bu cür fikirlər eşidirik. Azərbaycanlı olaraq bu sözləri eşitmək sevindiricidir. Rəqib baş məşqçinin fikirlərinə görə çox sevindim”.
O, rəqibin oyun sistemini analiz etdiklərini bildirib. Lakin qeyd edib ki, bir qələbəyə görə arxayınlaşmaq olmaz: “Bu oyun bizi aldatmalı deyil. Bəli, rəqibi analiz etmişdik, lakin vacib olan icraçılar idi. Elə olub ki, rəqibin oyununu futbolçulara tam çatdırmışıq, lakin onlar bəzi məqamlarda tapşırıqları yerinə yetirə bilməyiblər. Bu gün çox yüksək intizamlı oyun oynadıq. Bir daha əminəm ki, ölkəmizin dünənki zəfərinin futbolçulara faydası, köməyi oldu. Daha sərbəst və sevincli idilər. Hətta bu gün oyundan əvvəlki toplantıda, legionerlərə dedim ki, onsuz da narahat deyil idiz indiyə qədər, bu gün tam əminliklə rahat ölkədəsiz, müharibə olmayacaq ölkədəsiz. Bu da legionerlərə əlavə motivasiya verdi”.
Qurbanov futbolçularının epizodları sağa-sola xərcləməsi, mənasız ötürmələr verməsinə də toxunub: “Biz istəmərik ki, futbolçularımız mənasız hərəkət etsinlər. Çalışarıq ki, daha ciddi və mənalı olsunlar. Elə oyun idi ki, burada top bəzən dediyinə qulaq asmır. Əsas odur ki, hücumları düşünərək etmişdik”.
“Qarabağ”ın çalışdırıcısı Andrey Lunyov avrokuboklarda "Qarabağ"dakı debütunu normal qiymətləndirib: “Təcrübəli qapıçıdır. Belə oyunlarda, belə atmosferdə çox oynayıb. Təcrübəsi belə matçlarda bizə kömək edə bilər. Bir az narahatçılığım var idi. Çünki Azərbaycan çempionatında cəmi 1 matç forma geymişdi. Luka Quqeşaşvili də yaxşı formadadır. Yekunda Lunyova şans verdik. O da öz təcrübəsindən yaxşı faydalana bildi”.
“Bugünkü qələbəni dünən siyasi müstəvidə qazanılan qələbənin davamı hesab etmək olar?” sualını Qurban Qurbanov belə cavablandırıb: “O zəfər elə zəfərdir ki, bizim etdiklərimiz onların yanında cüzi uğurdur. Hətta bizim nə qədər şəhidlərimiz, yaralılarımız var. Amma biz məsuliyyəti dərk edərək, addım atırıq. Heç vaxt əldə etdiyimiz uğurları böyütmək istəməmişəm. Buna görə də, onun davamıdır deməyə utanaram. Elə zəfərdir ki, sonradan heç nə əvəz edə bilməz. Sanki o qalibiyyət bizə böyük motivasiya verdi. İnanın ki, çox sevincli idim dünən və çox da narahat idim. Futbolçulara bildirmirdim. Göz önümə məğlubiyyəti gətirirdim. İnanın ki, o zəfərdən sonra buradakı məğlubiyyət... Bəli, bu, sadəcə idmandır. Amma yenə də, ad bizim üzərimizdədirsə, biz maksimum çalışacağıq ki, qarşıdakı matçlarda da uğurlar əldə edək”.
O, Redon Cicanın heyətdə olmamasına da aydınlıq gətirib: “Son məşqdə zədələndi. Ayağında problem oldu. Bu gün Cicaya ehtiyac var idi. Çünki sürətli artırmaq lazım idi”.
Maksim Medvedevin təcrübəsindən istifadə etdiyini bildirən mütəxəssis Tahir Gözəlin “hesab 3:0 olmalı idi” fikrinə də toxunub: “Qol epizodlarımız çox oldu. Məndə fikir yoxdur ki, 3:0, 4:0 olmalı idi. Doğrudur, hər vurulmuş və buraxılmış qolun sonda təsiri ola bilər. Amma vacib, düşüncəmiz neçə qol vurmaq yox, qələbə qazanmaq idi”.
Q.Qurbanov hazırda zədəli olan Marko Veşoviçdən də söz açıb: “Komandaya hələ qoşulmayıb. Fərdi qaydada məşq edir. Bəlkə də, 20 gün, ya da bir aya qayıdar”.
“Karyeranız ərzinizdə bitirici zərbərlərlə diqqət çəkmisiz. Bugünkü epizodlardan neçəsini vurardınız?” sualına Qurban Qurbanovun cavabı belə olub: “Mən heç gedib ora çıxa bilməzdim. Təsəvvür edin ki, bu qədər ajiotaj var idi, qələbə gözlənilirdi. Bəzi oyunlar var ki, kənardan fərqli görürük, düşünürük, futbolçuların məsuliyyətini hiss edə bilmirik. Bəzən həyəcan, bəzən çox istək sənə mane olur. Qarşıda imkanımız var ki, ustalıqlarımızı daha da yaxşılaşdıraq”.
Sonda o, Marko Yankoviçlə nə danışmasını da açıqlayıb: “Bir az hirslənmişdi, sakitləşdirdim. Öz-özünə hirslənmişdi. Aqressivdir. Özü də bilmədi ki, nəyə əsəbiləşmişdi”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
26.10.2026
25.10.2026
24.10.2026
























