Ölkə futbolu
“Onun kimi şəxsləri də qane edəcək işlər görə biliriksə, deməli...”
“Peşəkar Futbol Liqası (PFL) bu mövsümdən Premyer Liqa, Əvəzedicilər liqası, I Liqa, II Liqa və Azərbaycan Kuboku olmaqla ümumilikdə 5 çempionatın təşkilati işlərinə nəzarət edir. Bu da çox böyük məsuliyyət və iş yüküdür. Bura təbii ki, yayım işləri də daxildir. Əlimizdə olan imkanlarla, çəkiliş heyəti ilə öhdəsindən gəlməyə çalışırıq”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev deyib.
Dünən Peşəkar Futbol Liqası Yevlaxda baş tutan I Liqanın açılış matçını (“Karvan” - “Energetik” - 4:1) 3 kamera ilə yutubda canlı yayımladı. Bundan başqa, PFL komandası oyunöncəsi və oyunsonrası açıqlamaları, matçın şərhi və s.-lə görüşü ən yaxşı şəkildə işıqlandırdı. Bu barədə danışan S.Abdullayev əldə olan imkanla ən yaxşısına çalışdıqlarını bildirib: “Uzun illər televiziyada çalışdığımdan ən böyük istəklərimdən biri PFL-in çəkiliş sistemini televiziya səviyyəsinə qaldırmaqdır. Sözsüz ki, bu, çox böyük maliyyə və heyət tələb edir. Amma PFL-də bu sarıdan da maliyyə durumunun imkan verdiyi ən üst səviyyədə iş imkanı yaradılıb. Bu isə o deməkdir ki, gözləməyə ehtiyac yoxdur. Əldəki imkanlarla ən yaxşısına çalışırıq. Televiziya zamanımdan bütün canlı yayımlarımda xoş həyəcan olurdu. Bu dəfə də istisna olmadı. 3 kamera ilə yayım təşkil etdik. Oyunöncəsi və oyunsonrası açıqlamaları tamaşaçılara çatdırdıq. Bununla yanaşı, əməkdaşlarımız xüsusi süjetlər də hazırlayıb. Canlı yayımda eyni anda min nəfər izləməyə nail olduq ki, 1-ci Liqa üçün çox yüksək göstəricidir. Bu gün 10 min baxış var artıq”.
PFL rəsmisi qeyd edib ki, I Liqadan bu cür yayımlar davamlı olacaq: “Xüsusən I Liqa və II Liqanın bütün oyunlarını öz kameralarımız vasitəsilə canlı yayımlayırıq. Bununla yanaşı, Premyer Liqaya da əksər hallarda iki operator göndəririk. Bir sözlə, həftənin bütün günlərində çəkiliş edirik. Heyətimiz o qədər də geniş deyil. Maksimumu edirik. Millinin oyunları ilə bağlı fasilə və açılış oyununun həmin günün yeganə matçı olması daha böyük heyətlə çəkilişə imkan yaratdı. Bu şansı da boşa vermədik”.
Bu mövsüm PFL komandası həqiqətən də gözəl işlər görür. II Liqada bütün oyunların yutubla yayımı alqışlanası addımdı. Hətta “Dinamo”nun baş məşqçisi Novruz Əzimov “Futbolxeber”ə müsahibəsində bu məqamı xüsusi qabardıb, rəqiblər barədə məlumatları məhz PFL-in yayımları vasitəsi ilə əldə etdiklərini bildirib. Təbii ki, bütün bunlar ağır zəhmət tələb edir. Görəsən, PFL komandası bu tempə mövsüm boyu davam gətirə biləcək və yaxud heyətin genişləndirilməsi nəzərdə tutulubmu?
“Xoş sözlərə görə minnətdaram. Media nümayəndələrindən dəyər görmək qürurvericidir. Novruz müəllim uzun illərdir futbolun içərisindədir. Onun kimi şəxsləri də qane edəcək işlər görə biliriksə, deməli, az-çox nəyəsə nail oluruq. Hal-hazırda bu kollektivlə işlərin öhdəsindən gəlirik. Hələ ki, heyətin genişlənməsi planda yoxdur. Həm də büdcəmizin indiki durumu buna imkan vermir. Düşünürəm ki, gələcəkdə ehtiyac olacağı təqdirdə bu cür addımlar ata bilərik”.
Gələcəkdə daha hansı yeniliklərin olması ilə bağlı sualımızı Sənan bəy belə cavablandırdı: “Məlum olduğu kimi, ötən mövsümün sonuna yaxın “İnsports” şirkəti ilə 4 aylıq müqavilə imzalamışdıq. Bunun qarşılığında Premyer Liqa və I divizion oyunlarının internet üzərindən yayım hüququnu onlara vermişdik. Sadəcə şirkətin yayım üslubu, texniki problemlərin öhdəsindən gələ bilməməsi, aylıq ödənişin yüksək təyin edilməsi bizi qane etmirdi. Üstəlik, tamaşaçılardan da çoxsaylı şikayətlər alırdıq. Bu səbəbdən müqaviləni uzatmadıq. Artıq bir müddətdir ki, başqa bir şirkətlə danışıq aparırıq. Hər şey plana uyğun gedir. Böyük ehtimalla, yaxın zamanda internet üzərindən bütün çempionatların yayım hüququ bu şirkətə veriləcək. Aylıq qiymətin də çox münasib olacağını düşünürük. Planlarımız genişdir. Bura özəl süjetlər, müsahibələr, paylaşımlar, layihələr daxildir. İmkan olduqca reallaşdıracağıq”.
PFL-in media və marketinq direktoru əlavə etdi ki, sentyabrın 16-da “Ayın qolu” mükafatı ilk sahibini tapacaq: “2 gün sonra, yəni sentyabrın 16-da “Misli” şirkəti ilə PFL-in birgə təşkil etdiyi “Ayın qolu” mükafatı ilk sahibini tapacaq. “Araz-Naxçıvan”ın müdafiəçisi Turan Manafova “Araz-Naxçıvan” - “Neftçi” oyunundan öncə xüsusi hədiyyə və 1000 manat məbləğində pul mükafatı veriləcək. Bununla da hər ayın sonunda azarkeşlərin PFL-in feysbuk səhifəsi vasitəsilə seçdiyi ən gözəl qolun müəllifi bu tərzdə mükafatlandırılacaq”.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























