5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Ölkə futbolu

De Byazi millinin heyətini açıqladı

Avro-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da gerçəkləşəcək.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Səlahət Ağayev ("Səbail"), Yusif İmanov ("Sabah")

Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Anton Krivotsyuk ("Daejon Hana" Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov  (hər ikisi "Qarabağ"), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor" Türkiyə), Höccət Haqqverdi ("Neftçi"), Elvin Bədəlov ("Sumqayıt") Yusif Nəbiyev ("Səbail"), Elvin Cəfərquliyev ("Qarabağ")

Yarımmüdafiəçilər: Coşqun Diniyev (Umraniyespor, Türkiyə), Elvin Camalov ("Sabah"), Emil Səfərov ("Qəbələ"), Emin Mahmudov ("Neftçi), Filip Ozobiç ("Neftçi), Rüstəm Əhmədzadə, ("Zirə"), Ozan Can Kökçü ("Eyndhoven", Niderland)

Hücumçular: Mahir Emreli ("Dinamo" Xorvatiya), Ramil Şeydayev ("Buriram Yunauyed", Tailand), Renat Dadaşov ("Qrasshopper", İsveçrə), Musa Qurbanlı ("Yurqorden, İsveç)

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31