4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

“Neftçi”nin tarixində ikinci uğursuz start

“Neftçi” tarixində ikinci dəfə uğursuz seriya ilə üzləşib.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ilk üç oyunda 2 xal toplayaraq, bunu reallaşdırıb.
 
Bakı təmsilçisi 1992-ci ildən daimi iştirakçısı olduğu çempionatda buna qədər bir dəfə belə startla üzləşib. "Neftçi" 2017/2018 mövsümünün ilk üç qarşılaşmasında qələbə qazanmayıb. Altı il əvvəl “Qarabağ”a 1:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan komanda “Kəpəz”lə qolsuz heç-heçə edib.
 
Qeyd edək ki, “Neftçi” cari mövsümün ilk üç matçında “Kəpəz”ə 0:1 hesabı ilə uduzub, “Səbail” və “Sabah”la (1:1) heç-heçə edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30