9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

"Sumqayıt"ın oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 2-ci turunun "Sumqayıt" - "Sabah" oyunu təxirə salınıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.

“Sabah” klubunun rəsmi müraciətini, “Sumqayıt” klubunun rəsmi razılıq məktubunu əsas götürən PFL ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyununu təxirə salıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30