24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Qarabağ" azarkeşlərin VAR sisteminə vurduğu zərəri qarşılayacaq

"Qarabağ" klubu "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXXIV tur oyununda VAR sisteminə dəymiş zərəri qarşılayacaq.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə İntizam Komitəsi qərar qəbul edib.
 
Ölkə çempionunun 3:0 hesabı ilə qalib gəldikləri matç bitdikdən sonra "köhlən atlar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün VAR sisteminin naqilləri yanıb.
 
"Səbail" klubu qarşılaşmada ictimai təhlükəsizlik düzgün təşkil olunmadığına görə 4000 manat məbləğində cərimələnib.
 
Ağdam təmsilçisi isə meydana kənar şəxslərin girməsinə görə 1600, fanatların pirotexniki vasitədən istifadəsi ucbatından 800 manat ziyana düşüb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31