31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

AFFA 3 klubu cərimələdi

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 29-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 
 
Azərbaycan Premyer Liqasının 29-cu turunun “Səbail” - “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
 
“Səbail” - “Sabah” oyununda qonaq komandanın futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilib.
 
“Səbail” - “Sabah” oyunu başa çatdıqdan sonra qonaq komandanın  baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilib.
 
“Səbail” - “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.
 
Azərbaycan Premyer Liqasının 29-cu turunun “Qarabağ” - “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31