Ölkə futbolu
Ayxan Abbasov: “Maliyyəsiz bizə də, “Kəpəz”ə də çox çətin olacaq”
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Qarabağ”la oyun barədə danışıb.
Futbolxeber.az saytının məlumatına görə, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
“Bu gün möhtəşəm gün idi. Zəfər bayramımızın ikinci il dönümünü, eləcə də Bayraq gününü qeyd edirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Tovuzlu azarkeşlər üçün bayram idi. Çünki “Qarabağ”ın gəlişini çoxları səbirsizliklə gözləyirdi. Hər iki komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Oyuna gəldikdə, xal ehtiyatımızı artırmaq istəyirdik. Amma heyətdə ciddi itkilərimiz var idi. Gənc futbolçular üçün “Qarabağ”a qarşı oynamaq fürsət idi. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Təslim olmaq fikrimiz yoxdur. Oyundan sonra futbolçuara da dedim ki, bizi qarşıda 3 gün sonra “Kəpəz”ə qarşı daha çətin matç gözləyir.
- Zədəli futbolçuların son durumu nə yerdədi?
- Oqebukvu Henri sarı vərəqə cəzalısı idi, Natamn Oduva artıq zədəsini bərpa edib. Böyük ehtimalla, “Kəpəz”ə qarşı oynayacaq. Digərlərinin durumu hələlik qeyri-məüyyəndi.
- Bu mövsüm ilk dəfə qapıda Kamal Bayramova şans verdiz. Onun çıxışından razı qaldınız?
- Kamal təcrübəli qapıçıdı. Özü də tovuzludu, sevə-sevə doğma rayonunun komandasına qoşulub. Tərlan Əhmədlinin ağrıları olduğu üçün Kamala bu gün şans verdik. Ümumən böyük bir səhvi olmadı.
- Komandanın qurulmasında iştirak edən bir məşqçi kimi fikirləriniz maraqlıdı, Futbolun İnkişaf Fondundan gözləntiləriniz nədir?
- Onlar tez-tez Tovuzda olurlar. Daim ünsiyyətdəyik. Tək bizə yox, bölgədəki digər komandalara da kömək etmək istəyirlər. Reallıq budur ki, son 6-7 ildə hər kəs futbolun inkişafı üçün bölgələrin Premyer Liqada təmsil olunmasını qeyd edirdi. Bu gün ilk addımlar atılır. Artıq “Qəbələ” ilə yanaşı, “Şamaxı”, “Kəpəz”, “Turan Tovuz” da var. Amma futbolu inkişaf etdirmək üçün kənardan dəstək lazımdı. Maliyyəyə ehtiyac duyulur. Futbolçu da istəyir yaxşı şəraitdə çıxış etsin, Bütün bunlar isə vaxt tələb edir. Tovuz azarkeşləri 10 ildə “Qarabağ”ı dəstəkləyirlər. Bu gün ilk dəfə canlı görürdülər komandanı. Futbolun İnkişaf Fondu da bütün bunlardan piar kimi faydalanır. Böyümək üçün maliyyə lazımdı. Maliyyəsiz bizə də, “Kəpəz”ə də çətin olacaq. İddialılarla həqiqi mənada mübarizə aparmaq istəyiriksə, maliyyə lazımdı.
- 3 gün sonra “Kəpəz”lə vacib oyununuz olduğunu qeyd etdiz. Həmin qarşılaşmadan nə gözləyirsiz?
- Son turlar “Kəpəz”də irəliləyiş var. Üstəlik, evdə çox yaxşı çıxış edirlər. Bizi çətin matç gözləyir. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıylq. Nələrisə dəyişib, nəticə qazanmağa çalışacağıq.
- Qurban Qurbanov süni örtükdən şikayətləndi. Daha öncə Murad Musayev də eyni fikri irəli sürmüşdü. Sizcə, bu problemi necə həll etmək olar?
- Təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Amma təbii ot örtüyü olub, komanda olmamağındansa, süni or örtüyündə komanda olması daha yaxşıdır. Bəzi legionerlər bura gələnə qədər heç vaxt süni meydançada oynamayıblar. Bayaq dediyim kimi, bütün bunlar maliyyəyə bağlıdır. Təəssüf ki, indiki dutrumda dəhbərlikdən bunu tələb edə bilmərik. İnanıram ki, gələcəkdə tezliklə bu problem də yoluna qoyulacaq.
- Amma siz hər məşqdə 2 futbolçu itirsəz, bu gedişlə meydana buraxmağa oyunçu tapmayacaqsız...
- Bu gün ehtiyatda oturanların əksəri gənclərdi. Zədəlilərin çoxluğu ciddi problem yaradır. Lakin bu barədə çox danışmaq istəmirəm. Çünki bütün bunları bilərək bura gəlmişik. Bölgələrdə gənclərin yetişməsini istəyiriksə, kəndlərdə meydançalar salmaq lazımdır. Bütün bunlar olmadan futbol inkişaf etməyəcək.
- “Sumqayıt”da əsas problem aparıcı futbolçuların sizin rəhbərliyiniz altında özünü yaxşı tərəfdən göstərib, sonradan digər komandalara keçməsi idi. Belə görünür ki, burda da eyni problemlə qarılaşacaqsınız. Çünki artıq “Turan Tovuz”un bəzi futbolçularının digər klubların maraq dairəsində olması barədə xəbərlər yayılıb. Bununla bağlı necə mübarizə aparmağı düşünürsüz?
- İlk öncə istərdik ki, öz komandamızın onurğasını qoruyub saxlayaq. İlk ilimiz idi və demək olar ki, komandanı sıfırdan yığdıq. Yayda yenidən eyni problemi yaşamamaq üçün əvvəldən klubun büdcəsi bilinməlidir. İnkişaf etmək üçün futbolçularla 1 yox, 3 illik müqavilə imzalanmalıdır. “Sumqayıt”da qeyd etdiyiniz kimi, bu baxımdan çox ciddi problem yaşadım. Hətta Avroliqaya vəsiqə qazananda 8 futbolçu komandadan ayrılmışdı. Təəssüf ki, hələ gələn il vəziyyətin necə olacağını bilmirik. İndiki durumda bütün diqqətimizi cari mövsümə yönəltmişik ki, ilk növbədə öhdəliklərimizi yerinə yetirək.
- Ötən tur “Şamaxı” ilə oyundan sonra azarkeşlərlə bağlı səsləndirdiyiniz fikirlər heç də birmənalı qarşılanmadı...
- Fikrimdə qalıram ki, azarkeş iki cür olur. Fan klub, hansı ki hər zaman komandanın yanındadı. Digəri isə yalnız oyundan oyuna stadiona gələnlər. İnkişaf etmək üçün maraq olmalıdır. Bu gün tribunalarda möhtəşəm atmosfer var idi. Bəzi azarkeşlərin gəlib hansısa ifadələr işlətməsi futbolçuları həvəsdən salır. Məncə, səsləndirdiyim fikirlərin faydası oldu. Son 4-5 gündə məşqlərimizdə azarkeşlər bizə dəstək oldular. Hirslənənlər də anladılar ki, heç kimi təhqir etmək olmaz. Ümumi götürdükdə, təbii ki hər bir fikir müzakirə oluna bilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:10
DÇ: Millimiz bu gün 2 oyun keçirəcək
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
25.10.2026
24.10.2026
23.10.2026
























