9 Iyun 2026, Çərşənbə axşamı
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu

Ölkə futbolu

“Sabah” - “Qəbələ”: 21-ci duel

Azərbaycan Premyer Liqasında XII turun son oyununda bu gün “Qəbələ” səfərdə “Sabah”la qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş iki komanda arasında 21-ci matç olacaq. Bunadək rəqiblər ümumilikdə 20 dəfə görüşüb.

Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən komanda 3 dəfə heç-heçə edib və 8 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran futbolçular 25 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.

İndiyədək keçirilən 20 matçdan 16-sı çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 8 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir - 15-23.

“Qəbələ” səfərdəki 10 görüşdə 5 dəfə qaib gəlib. Digər 5 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir - 13-10.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30