12 Mart 2026, Cümə axşamı
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

Azərbaycan klubu Çempionlar Liqasında mərhələ adladı

Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" komandası EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanaraq daha bir tarixi nailiyyətə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, "Beerbaşa" üçüncü oyunda buna qədər qrup lideri olan Rumıniyanın AEK (Oradya) komandasını 4:0 hesabı ilə məğlub edib.

Qolları Elvin Əlizadə, Emin Əliyev, Cəfər Cəfərov və Emil Məmmədov vurub. Bununla da komanda 6 xalla 1/8 finala adlayıb.

Qeyd edək ki, "Beerbaşa" ilk turda Çexiyanın "La Plate de Kunde" komandasına 1:2 uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın "DXC Texnoloci" komandasını 5:1 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31