18 Yanvar 2026, Bazar günü
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət

Ölkə futbolu

"Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük"

"Mərhələni keçmək əla olardı. Çünki qrupa düşsək, ən azı daha 6 oyun keçirəcəyik və onların üçü evdə olacaq. Bu, azarkeşlərimiz üçün də gözəl hədiyyə sayılır".

Futbolxeber.az saytının məlumatına görə, bunu Şotlandiya "Aberdin"inin qapıçısı Co Lyuis yerli mətbuata açıqlamasında evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

34 yaşlı qolkiper Ağdam təmsilçisinin yaxşı komanda olduğunu bildirib: "Biz bunu yaxşı bilirik. Lakin nəzərə alaq ki, son iki turda səviyyəli kollektivlərə qarşı oynamışıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Amma buna çox da fikir vermirik. Hazırda "Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük".

Qeyd edək ki, bu gün keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə "köhlən atlar" minimal hesablı qələbə qazanıb - 1:0.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31